Cinayət istər-istəməz bir çoxlarında belə bir sualın yaranmasına gətirib çıxarır: hansı psixoloji vəziyyət 19 yaşlı qızın öz bacısını xüsusi amansızlıqla qətlə yetirməsi ilə nəticələnə bilər?
Mütəxəssis bildirib ki,cinayəti törədən insanın konkret psixoloji problemi olub. Sadə mübahisə bu cür amansızıqla törədilən qətllə yekunlaşa bilməz: “Bacılar arasında münasibət yəqin ki, birinci dəfə deyil, mütəmadi olaraq təkrarlanıb. Zamanla bu münasibət dərinləşib. Valideynlər isə məsələyə diqqətsiz yanaşıblar. Psixoloji sferada olan narahatlıq bir çox hallarda diqqətə alınmır. Fikirləşirlər ki, ötüb keçəcək. Bəlkə də valideynlər vaxtında diqqət yetirsəydilər bu hal yaşanmazdı”.