Ertələməyi ertələmək
Bir şey etməlisiniz, amma tənbəllik canınızı alıb? İşləri ertələyə – ertələyə gedirsiniz? Aşağıdakı 13 tövsiyə sizin üçündür.
1. Böyük işlər üçün kiçik addımlar texnikası. Görməli olduğunuz işi bacardığınız qədər kiçik addımlara ayırın. Məsələn, dərs oxumağa başlamağı ertələyirsinizsə aşağıdakı kimi siyahı hazırlaya bilərsiniz.
1) Əlini kitabın üstünə qoy
2) Kitabı götür
3) İlk səhifəni aç
4) Lazım olan mövzunu aç
5) İlk cümləni oxu
6) İlk abzası oxu
7) İlk səhifəni oxu və s.
Ardını bu qaydada kiçik addımlar yazaraq davam edə bilərsiniz. Bu texnika etməli olduğunuz işi gözünüzdə sadələşdirəcək. Üstəlik hər addımı yerinə yetirərkən beyninizdə motivasiya sistemi aktivləşərək sizi işin sonuna götürəcək.
2. Sizə həmin işi etmək üçün mane olan hər şeyi özünüzdən uzaqlaşdırın. Məsələn, ağlınızda baxmaq üçün bir film var, amma hər gün ertələyirsiniz, çünki sosial şəbəkələrdən bir türlü uzaqlaşa bilmirsiniz. O zaman filmə baxmaq üçün ayırdığınız vaxt gələndə sosial şəbəkələrdən çıxın ya da telefonu söndürün. Problem həll oldu.
3. Həmin işi etmək üçün bir addım atın. Bu yaxınlarda bir dostum dedi ki, neçə vaxtdır Azercellə getməliyəm, amma hər gün işdən çıxanda deyirəm ki, bu gün qalsın əşi və evə tərəf dönürəm. Ona dedim ki, gələn dəfə evə doğru dönmədən bir neçə addım Azercellə gedən yolla addımla. Əgər yenə də evə getmək istəsən geri qayıdarsan. Sabahı gün dostumdan belə bir mesaj aldım.
” Sən dahisən. Axır ki, bu gün Azercellə getdim “
Təbii ki, dahi deyiləm. Amma texnika işə yaramışdı.
4. Problem – Sollution. Özünüzə siyahı tərtib edin. Bu işi görmək üçün sizə nə mane olur? Hamısını yazın. Bəs bu problemləri necə aradan qaldırmaq olar? Artıq nə etmək lazım olduğunu bilirsiniz. Ümumiyyətlə bu çox önəmlidir. Həyatdakı problemləriniz haqqında düşünməyin. Həll yolları haqqında düşünün.
5. Gələcəkdəki özünüzü əngəlləyin. Özünüzü tanıyırsınız. Loru dildə desək, nə mal olduğunuzu bilirsiniz. Bilirsiniz ki, həmin işi görmək üçün zaman gələndə bir şəkildə onu ertələyəcəksiniz. O zaman gələcəkdə ertələmə tərzinizi özünüzdən uzaqlaşdırın.