Qadınlar niyə xəyanət edir ?!
Xəyanət deyəndə ilk ağıla gələn kişilərdir çünki kişilər bu hereketleri ilə öyünürlər. Lakin qadınlarda isə bu hadisə dah gizli şəkildə olur ona görədə qadınların xəyanəti danışılmır . Əvvəlcə qeyd edək ki , xəyanətin heç bir tərəfdən haqliliq payı yoxdur . Xəyanətə gətirib çıxaran səbəblər var lakin bu o demək deyilki bu səbəbləri yaşayan hər bir qadın xəyanət edə bilər və xəyanət etdiyi təqdirdə haqlıdır . Əvvəldə qeyd etdiyim kimi XƏYANƏTİN HAQLILIQ PAYI YOXDUR! Bəs qadınlar niyə xəyanət edir ? Səbəbləri sadalayaq
☑️ Əgər xanımın sevdiyi biri varsa və ailənin razılığı ilə başqa bir bəylə ailə həyatı qurarsa ,o yoldaşına yaxınlaşa bilmir sevgisinə xəyanət edəcəyini düşünür, burada biz həm fiziki xəyanətdən həmdə mənəvi xəyanətdən bəhs edə bilərik
☑️ Əgər xanım yoldaşı tərəfindən diqqət, qayğı,sevgi, hörmət , xoş rəftar, görmürsə daima aşağılanirsa , fiziki şiddətə məruz qalırsa xanım özünü dəyərsiz,lazımsız , ozguvensiz hiss eder və başqa bir bəy tərəfindən azaciq da olsun xoş rəftar görürsə, xoş söz esidirsə xanım özünü özgüvenli ,dəyərli hiss eder ve xəyanət eder
☑️ Yoldaşı tərəfindən xəyanət görən xanımlarda da xəyanətin şahidi oluruq beləki xanımda qisas almaq və bərabərlik duyğusu yaranır. Bəzən xanımlar 1 dəfə xəyanət edərək qısasını alırlar və onlara bu kifayətdir lakin , bəzən bəzi xanımlar yoldaşının davam edən xəyanətinə qarşılıq davamlı xəyanət edirlər
☑️ Bəzən yoldaşının alkoqolizm və ya narkomaniya və s. bu kimi başqa asılılıqları varsa həmin xanımlar da xəyanət edirlər
☑️Yoldaşı tərəfindən həddən artıq qısqanclıqlar nəticəsində xanım sıxılıbsa həmin xanımlarda xəyanətə meyillik olur
☑️Cinsi münasibətlərində yoldaşı tərəfindən düzgün rəftar olunmursa , xanım tətmin olunmursa başqa bəylə münasibət xanım üçün daha maraqli olur və xəyanət edir
☑️Kişinin özünə baxmaması, təmizliyinə diqqət göstərməməsi təmizkar xanımlarda iticikilik yaradır və buda xəyanətə səbəb olur ☑️Bəzi psixoloji pozuntular da xəyanətə səbəb ola bilər məsələn Depressiya , isterik şəxsiyyət pozuntusu, borderlayn şəxsiyyət pozuntusu , nemfomaniyadan əziyyət çəkirsə