Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.
Layihə çərçivəsində növbəti görüş 22.10.2021 tarixində saat 11:00-da baş tutacaq.
Qonağımız Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsil və Elmi-metodiki şöbənin müdiri, Psixologiya üzrə Fəlsəfə doktoru, dosent Hökümə Əliyeva mövzu isə “Şagirdin çantasının psixoloji məzmunu” olacaq.
➡️İştirak ödənişsizdir.
⚠️İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!
✅Zoom platformasında 1000 nəfərlik kontingentimiz var və ilk qeydiyyatdan keçən 1000 nəfər iştirak edə biləcək.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 (mobil/ what’s App)