Boşanma qərarını uşaqlarımıza necə deyək ?

Ailələr üçün açıqlanması ən çətin olan mövzulardan biri boşanma qərarını övladlarına bildirməkdir.
Ana və atanın öz münasibətləri üzərində almış olduqları bu qərar övladlarının həyatına önəmli təsir göstərəcəyinə görə bu mövzunun sağlam şəkildə danışılması və zamanın doğru seçilməsi mühüm əhəmiyyət kəsb edir.

Uşaqlara boşanma qərarını açıqlayarkən diqqət edilməsi vacib olan məqamlar hansılardır?

Boşanma mövzusunu uşaqlarla müzakirə edərkən ən önəmli məqam onların yaşını, xarakterini, hadisələrə baxış tərzini nəzərə almaqla doğru strategiya seçməkdir.

Xüsusilə azyaşlılar boşanma zamanı nələr olduğunu, boşanmanın hansı səbəbdən yaşandığını və valideynlərinin nə hiss etdiklərini anlamaqda çətinlik çəkirlər, onlar hadisələrə öz tərəflərindən baxır və hadisənin mərkəzində özlərini görürlər. Bu səbəbdən də boşanmaya səbəb olaraq özlərini görürlər və onlarda günahkarlıq hissi yaranır. Hətta bunu düzəltmək üçün həll yolları da axtarırlar.

Ana və atası boşanan bəzi uşaqlar evdən ayrılan valideynin bir daha geri qayıtmayacağına dair qorxu yaşayır və əslində tərk edilməyəcəklərindən əmin olmaq üçün güvən duyğusuna ehtiyac duyurlar.
Onlarda stress, özünəqapanma, inkar kimi hisslər özünü göstərir.
Ayrılıq qərarı verilmədən öncə bəzi uşaqlar artıq bunu hiss etməyə başlayır, bəziləri üçün isə tamamilə təəccüb doğurur. Bu qərar hər nə qədər hər övlad üçün təsirli olsa da, azyaşlılar üçün daha çətin olur.

Bəs bütün bu olacaqları nəzərə alaraq boşanma qərarı övladlara necə açıqlanmalıdır?

Öncəliklə bu söhbəti edərkən uşaqlara tərk edilməyəcəklərinə dair güvən verilməli və ana-atalarının bundan sonra da onların yanında olacaqlarını vurğulamalıdırlar. Birlikdə müzakirədən sonra ana və ata ayrı-ayrılıqda da övladları ilə söhbət etməli, özlərini doğru şəkildə ifadə etməyə çalışmalıdırlar.

Davamı Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi Facebook səhifəsində…WhatsApp Image 2021-12-07 at 23.21.36

Share to Odnoklassniki