Bu gün kompüter oyunları klassik oyunları geridə qoyaraq uşaqların böyük marağına səbəb olub.
Hətta nəinki uşaqlar, bəzən böyüklər də o oyunların sehrinə düşür, növbəti mərhələni də udmaq üçün kompüter və ya telefon, planşetdən gözlərini çəkə bilmirlər. Günü-gündən artan, yeni versiyaları yaradılan bu oyunlar hansı fəsadları törədə bilər?
“İnternetdə, ümumiyyətlə, kompüterdə elə oyunlar var ki, uşaqlarda məntiqi təfəkkürü, yaradıcı təfəkkürü, diqqəti möhkəmləndirmək üçün tətbiq olunur və yaxşı da nəticə verir. Ancaq elə oyunlar var ki, o uşaqda asılılıq, müxtəlif psixoloji problemlərə yol açır. Biz hər zaman valideynlərə tövsiyə edirik ki, diqqət eləsinlər uşaqlar kompüterdə nə kimi oyunlar oynayırlar. Çox təəssüflər olsun ki, bu gün rastlaşırıq ki, çox yaşı olmasa da, uşaqlar müxtəlif döyüş oyunları və yaxud avtomobil idarəetmə kimi ağır oyunlar oynayırlar. Bu isə onların psixoloji durumuna çox mənfi təsir göstərir. Uşaq aqressiv olur, uduzanda narahatçılığını ifadə edir və s. bu cür hallar keçirir”.