Tədris prosesinin məktəbdə əyani şəkildə aparılması həm təhsilin daha sağlam olması, həm də şagirdlərin sosiallaşması baxımından olduqca əhəmiyyətlidir.
- Home
- Xəbərlər
- Tədris prosesinin məktəbdə əyani şəkildə aparılması həm təhsilin daha sağlam olması, həm də şagirdlərin sosiallaşması baxımından olduqca əhəmiyyətlidir.
Lakin bütün dünyanı cənginə alan Covid-19 pandemiyası dönəmində karantin qaydalarına uyğun olaraq online tədris prosesinə keçildi. Uzun müddət məktəbdən uzaq qalmaq, evdə valideynlərlə hər zamankindən daha çox vaxt keçirmək, pandemiya dönəmində demək olar ki, günün çox hissəsini evdə olduqları üçün fəaliyyət və məşğuliyyətlərinin azalması, dolayısı ilə aktiv yaşam tərzindən passiv yaşam tərzinə keçid şagirdlərin yenidən məktəbə adaptasiya problemini aktuallaşdırdı.
Bu gün şagirdlərin yenidən əyani tədrisə qayıdışı bir sıra çətinliklərlə müşahidə oluna bilər. Bu hər şagird üçün keçərli olmasa belə, xüsusilə daha çəkingən, utancaq, asosial uşaqlarda özünü göstərə bilər. Bu zaman ən çox rast gəlinə biləcək vəziyyət valideynlərdən ayrılmamaq üçün mübarizə aparmaq, evdən ayrılıb məktəbə getməkdə istəksizlik, ayrılıq təşvişi kimi hallar ola bilər.
‼️Şagirdin məktəbə adaptasiya problemi yaşadığını göstərən əlamətlər⤵️
Hədsiz ağlama, ifrat dərəcədə reaksiya vermək və ya tamamilə reaksiyasız davranmaq;
Yaşadığı təşvişdən dolayı bağırsaq sistemində problem, qəbizlik və ya tez-tez tualetə getmək;
Qidalanma pozuntusu, iştahsızlıq və ya əksinə iştahın artması;
Yuxu rejimində pozulmalar, hədsiz yuxusuzluq, oyana bilməmək;
Dərs oxumağa qarşı istəksizlik, konsentrasiya problemi;
İçə qapanma, ünsiyyətsizlik və s.
‼️Təşviş yoluxucu xarakter daşıyır.
Cəmiyyət içində danışdığınız mövzular, məktəblə bağlı edilən söhbətlərdə təşvişli cümlələr, uşaqların bu mövzuda səbrli, təmkinli olması üçün tez-tez tənbehlənməsi onlarda da təşvişə səbəb olar və bu da məktəbə adaptasiyanı çətinləşdirər.
⁉️Övladlarınızın məktəbə adaptasiyası üçün onlara necə kömək edə bilərsiniz?
Davamı Psixoloji Xidmət və Reabilitasiya mərkəzi Facebook səhifəsində