Əgər siz ayrılıq dönəmindən keçirsinizsə, bu vəziyyəti nisbətən yüngül keçirmək və özünüzü daha yaxşı hiss etməyiniz üçün sizə faydalı olacaq tövsiyyələri diqqətinizə çatdırmaq istərdim.
- Home
- Xəbərlər
- Əgər siz ayrılıq dönəmindən keçirsinizsə, bu vəziyyəti nisbətən yüngül keçirmək və özünüzü daha yaxşı hiss etməyiniz üçün sizə faydalı olacaq tövsiyyələri diqqətinizə çatdırmaq istərdim.
Reallığı qəbul edin.
Xəyalların qurbanı olarkən gerçəklərin gözünüzdən yayınmasına, “görəsən”lərin, “kaş ki”lərin sizi sıxışdırmasına icazə verməyin.
Duyğularınızı qəbul edin.
Yaşadığınız vəziyyəti ört-basdır etməyə çalışmayın. Duyğularınızı olduğu kimi yaşamaq bu vəziyyəti daha erkən aşmağınıza kömək edəcək.
Ondan sizə qalan və onu xatırladan nə varsa, gözünüzdən uzaq tutun.
Kədərli mahnılar dinləməyin, bunun əvəzinə sizə ruh yüksəkliyi bəxş edəcək musiqilər seçin.
Münasibətinizdə yol verilən səhvləri yazıb gözünüzlə görün. Münasibətinizin bitməsinə səbəb olan səhvləri xatırlamaq verdiyiniz qərardan dolayı sizi rahatlaşdıracaq.
Özünüzə yaxşı baxın. Təmizliyinizə, qidalanmanıza, yuxu rejiminizə diqqət edin. Özünüzə nə qədər yaxşı baxsanız, bir o qədər yaxşı hiss edəcəksiniz.
Bir nəfərlik planlar qurun. Alış-verişə, kofe içməyə və ya gəzməyə tək gedin.
Sizə özünüzü yaxşı hiss etdirən dostlarınızla zaman keçirin, əyləncələr təşkil edin.
Ayrılıqdan sonra, əlbəttə, enişlər, çıxışlar olacaq. Bu vəziyyətin keçici olduğunu unutmayın. Hər mənfi təcrübə sizi daha yaxşı həyata hazırlayır.
✨Necə deyərlər, gözəl günlər bitər, daha gözəl günlərin başlaması üçün…