Ağlamağın psixoloji və fizioloji faydaları

5dad6e96ae298bc78c9a08d4

Hər şeydən öncə uşaq olsun, yeniyetmə olsun ağlamağının,psixoloji olaraq rahatlamasından savayı,bir çox fizioloji faydaları da vardır.Ağlamaq göz yaşı vəzilərini hərəkətə gətirir və onların qurumalarının qarşısını alır. Göz divarlarında görülən mikro qıcıqlandırıcıları təmizləyir. Ayrıca göz yaşının antibakterial xüsusiyyətləri vardır,gözlərdə infeksiya olmasının və xüsusilə uşaqlarda göz axıntısının gözə zərər verməsinin qarşısını alır.

FAYDALARI:

Ağlamaq sinir sistemi üçün olduqca zərərli olan bir maddə var ki,mangan kimi toksit maddələrin bədəndən atılmasına kömək edər.Endorfin hormonunun da ifarzına kömək edər. Endorfin hormonunun 2 faydalı təsiri vardır. Bir ağrı kəsici kimi, bilinən ən güclü ağrı kəsici morfindən belə 20 qat daha güclüdür.Digər təsiri isə endorfinin rahatlıq verməsidir. Ağlamağın digər bir hormonal təsiri də ətrafdakı digər insanlarda oksitosin hormonunun yaranmasıdır. Beləcə ağlamaq səsi ətrafdakı insanlarda nəzakət hissi və empatiya qurma kimi hissləri oyandırır.Oksitosin hormonu ən çox doğum anında ifraz olunur. Bu hormon bir tərəfdən uşaqlıq əzələlərini hərəkətə keçirib doğumu həyata keçiriliən andan digər tərəfdən də ananın yeni doğan uşaqına heç olmadığı qədər sevgi və nəzakət dolu olmasını həyata keçirir.

AĞLAMANIN BİR ÇOX FƏRQLİ SƏBƏBLƏRİ VAR:

Ağlamaq körpələrdə,ərkən uşaqlıqda və uşaqlıqda fərqli fərqli təhlil edilməlidir. Körpələrin səslərini eşitdirməklərinin tək yolu ağlamaqlarıdır.Onlar ancaq ətrafdakılarla ağlayaraq əlaqə qura bilirlər.Körpələr və balaca uşaqlar özlərini ağlayaraq ifadə etməyə çalışırlar. Bu səbəblə valideyinlər,ac deyil,sancısı yoxdur, bu uşaq niyə ağlayır? Deyə narahat ola bilirlər. Halbuki o körpə biraz əvvəl ana və atanın,qardaşına göstərdiyi nəvazişi görüb bu səbəblə özünü güvənsiz hesab etmiş ola bilər. Digər tərəfdən ümumi uşaqlar valideyinlərini manipulasiya etmək üçün ağlamazlar.Ancaq valideyinlər elə olduğunu düşünüb ərköyün olaraq dəyərləndirilə bilərlər. Ağlayan bir uşağa əvvəl ağrısı,sancısı, bir ehtiyacı varmı deyə baxmalı sonradan fiziki tərəfdən təmas olunaraq qucaqlanmalıdır. Bu vəziyyət uşaqın güvəndə olduğunu,valideyinlərinin hər zaman yanında olduğunun hiss etdirəcəkdir.

UŞAQLARI TELEVİZORLA DAYANDIRMAĞA ÇALIŞMAQ BEYİN İNKİŞAFINA TƏSİR EDİR.

Bu hissədə valideyinləri xəbərdar etməyimi vacib gördüyüm bir səbəb var.Xüsusilə ağlayan bir uşaqın televizor izləsin sussun deyərək,televizor qarışısına qoymayın.Çünki 4 yaşına qədər uşaqların beyin inkişafı hələki gözlənilən səviyyədə deyildir. Televizordakı axıcı görüntüləri onlar hissə-hissə tez bir şəkildə keçən fotolar halında görürlər. Belecə beyin özünü tez bir şəkildə hərəkət etməyə və tez düşünməyə proqramlar və qarşımıza hiperaktiv,diqqət əksikliyi olan uşaqlar çıxar. Çünki beyin lazımından artıq tez düşündüyü zaman detallara fokuslanmaz.

Müəllif : Səidə Urufova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun IV Könüllü Fəaliyyət Qrupunun üzvü

Share to Odnoklassniki