Müdafiə mexanizmləri

Defense-Mechanism-final (1)

Düşünmüsünüzmü heç, insanların özlərini xoşagəlməz hadisələrdən, hərəkətlərdən və ya düşüncələrdən ayırmaq üçün istifadə etdikləri davranışlar haqqında. Hansıki, bu strategiyalar əsasən insanların özlərini təhdidlər, günahkarlıq hissi, utanc hissi və.s -dən qorumasına kömək edir.

Müdafiə mexanizmləri psixoanalitik Sigmund Freyd tərəfindən irəli sürülüb. Şüuraltı ilə əlaqəlidir. Bunlar psixoloji inkişafın normal, təbii bir hissəsidir. Atası Freudun işlərini də nəzərə alaraq, müdafiə mexanizmlərini Anna Freyd inkişaf etdirmişdir.

Müdafiə mexanizmləri:

1. Denial (İnkar)

Baş verən və ya hələ baş verməmiş bir hadisəni şəxs inkar edir.

Ər arvadının xəyanətinin aşkar əlamətlərini qəbul etməkdən imtina edə bilər. Tələbə imtahana hazırlıqsızlıqlarını qəbul etməkdən imtina edə bilər.

2. Yer dəyişdirmə

Şəxs öz hirsini, aqressiyasını daha az təhlükəli olan digər vəziyyət və ya şəxsdən çıxarır.

Dost çevrəsi tərəfindən bullinqə ( bullinq – hansısa bir şəxsə və ya qrupa güc tətbiq, təhdid və ya sui-istifadəyə məcburetmə, hədələmə və ya təcavüzkarlıqla idarə etmə deməkdir ) uğrayan şagird aqressiyasını valideynlərinə yönəldir.

3. Saplantı

Kiməsə qeyri-irrasional və ya şişirdilmiş şəkildə bağlanma.

Orta yaşlı evlənməyən kişi, öz ehtiyacları üçün anasına bağlanır.

4. Sublimasiya

Əks etdirmə də deyilir. Şəxs qəbul etmədiyi xüsusiyyətləri, sinif yoldaşı üzərində təsvir edir.

Uşaq özündə bəyənmədiyi xüsusiyyətləri, sinif yoldaşı üzərində təsvir edir.

5. Rasionalizasiya

Bir duyğu və davranışın gerçək səbəbindən gizlənmək üçün şəxs saxta hekayələr qurur.

Məsələn, fanatik irqçi, yalnış davranışlarını yalnış çıxarmaq üçün müqəddəs kitabdan öz davranışlarına fərqli mənalar qatan nümunələr göstərirlər.

6. Reaksiya vermə

Şəxsin öz davranışlarını gizlətmək üçün əksinə davranması.

Homoseksual şəxs, homobarların bağlanması üçün propaqandaya başlayır.

7. Reqressiya

Formalaşmayan davranış və məhsulliyyətləri etiva edən öncəki inkişaf dövrlərinə geri dönmək.

Dırnaq yemə, siqaret çəkmə, və.s

8. Basdırma

İncidən və ya təhlükəli düşüncələrin şüura daxil olmasına mane olma.

Məsələn, şəxs özünə tramva verən birini tamamilə unuda bilər.

9. Böyütmə

Əngəllənmiş cinsi enerjini bunun yerinə keçən faktora köçürmə.

Məsələn, Cinsi baxımdan əngəllənən rəssam erotic tablolar çəkir.

Mənbə: @psixoloqnarminguliyeva Klinik Psixologiya Kursu

Müəllif : Nigar Əsgərova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun III Könüllü Fəaliyyət Qrupunun üzvü

Share to Odnoklassniki