Güvən hissi

Başlıksız-1-6

İnsanda doğuşdan etibarən güvən hissi axtarır. Uşaq doğulduğu zaman ilk olaraq güvənli bir sığınacaq axtarır. Ana bətnində hər ehtiyacı qarşılanır, bütün istəkləri yerinə yetərkən; doğulduğunda birdən-birə soyuq havaya məruz qalır. Yaşaması üçün dərin bir nəfəs alması lazım olur ki, bu zaman o ağrı və acı hiss edər. O arada hiss etdiyi qorxu, həyatının ilk qorxusudur.

Qorxu uşağın kiçik dünyasında “güvəndə deyiləm” hissini yaradır. Bunun üçün uşaq ,ona güvən verən birinə bağlanma ehtiyacı duyar. Uşağa güvən verən insan, anası və ya ilk günlərindən ona baxan biri olur. Beləcə ana ilə uşaq arasında sevgi bağı yaranır.

Təməl güvən hissi formalaşdıqca, uşaq da fərdləşir. Öz şəxsiyyətini formalaşdırmağa başlayır. Əgər ana və atanın uşağa qarşı davranışlarında şirin dillə sevgi dolu bir disiplin sərgilənirsə , uşaqda güvən formalaşır. Yetişdirildiyi zaman başarılı olduğu yerlərdə dəstəklənən insan , o istiqamətdə ustalaşır. Çünkü uşağın özgüvən sahibi olmasıda “Mən bacardım” deməsi , zəfər hissi yaşaması çox vacibdir. Əgər ana uşaqla maraqlanmazsa, uzaq durarsa, laqeyd qalarsa uşaq özünü tənha hiss edər . İstədiyi şeyi bacarsa belə tənhalıqdan qaynaqlanan bir qorxu hiss edəcək, və bu yolda əmin addımlarla ilərləyə bilməyəcək. İdeal olan uşağa cəsarət verib, gerisini öz ixtiyarına buraxaraq uğur qazanmasını təmin etməkdir. Bunu bacaran analar özlərinə güvəni tam olan evladlar yetişdirə bilər.

Müəllif : Sevinc Əlizadə – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki