Bağlanma nəzəriyyəsi ilk dəfə İnglis psixoanalisti John Bowlby’nin araşdırmaları nəticəsində ortaya çıxmışdır. Bu araşdırmada bağlanmanın əsas hərəkətə keçirici qüvvələrdən olduğu nəticəsinə gəlmişdir.
Bağlanma uşaq ilə ona sıx bağlanan insan arasında olur. Belə bağlanmaya misal olaraq uşaq ilə anasını göstərə bilərik. Belə ki, ana-uşaq bağlanması sonrakı dövrlərdə uşağın inkişafına təsir göstərəcək olan amillərdən ən başlıcasıdır. ( Burda uşağın ana bətnində döl olaraq anaya bağlanması haqqında, ananı hiss etməsi haqqında yaza bilərsən)
Uşaqlar monotropik olduqları üçün hər hansı bir insana bağlanmaq istəyirlər. Bu yalnız ana deyil ona baxan ata və ya dayə də ola bilər.
Bir çox insanlar bağ qurma ilə bağlanmanın eyni anlama gəldiyini düşünür. Lakin bu belə deyildir. Bağ qurma ananın uşağına olan duyğuları ilə bağlıdır. Bu xüsusiyyəti ilə bağ qurma bağlanmadan fərqlənir. Analar bağlanmanı uşaqlardan fərqli olaraq özünü qorumaq və ya güvənmək üçün etmir. Ananın uşaq ilə bağ qurmasında başlıca olaraq bədən təmasının, səs və ya göz təmasının olması vacibdir. Bəzi araşdırmalardan ortaya çıxmışdır ki, doğumdan dərhal sonra uşaq ilə bədən təması quran analar uşaqlarına və onların böyüdülməsinə daha çox diqqətli, həssas yanaşırlar. (Bu hissəni genişləndirmək olar)
HARRY HARLOW – Harry Harlowun meymunlarla olan araşdırması bağlanma nəzəriyyəsi ilə əlaqəlidir. Harlow doğumdan sonra meymunu ayırıb və bağ yaratmasına mane olmuşdur. Bu vəziyyətin emosional və davranış təsirini öyrənmişdir. Ayrılmış meymunlar çəkingən, yaşıdları ilə bağ qura bilməyən, çiftləşə bilməyən və balalarına baxa bilməyən vəziyyətə gəlmişdir.
BAĞLANMANIN MƏRHƏLƏLƏRİ:
1. Birinci mərhələ (doğumdan 8-12 həftəyə qədər) – uşaqlar analarının arxasınca düşər. Analarının səsinə reaksiya verib ritmik hərəkətlər edər.
2. İkinci mərhələ (8-12 həftədən 6 aya qədər) – uşaqlar ətrafındakı bir və ya bir neçə nəfərə bağlanırlar.
3. Üçüncü mərhələ (6-24 ay) – uşaqlar analarından və ya onlara baxan dayələrindən ayrılan zaman ağlayır və narahat olurlar. Bəzi uşaqlarda 3-cü ayda da bu müşahidə edilir.
4. Dördüncü mərhələ (25 ay və sonrası) ana müstəqil bir fiqur kimi qəbul edilir. Uşaq ilə ana arasında daha qarışıq bir əlaqə yaranmağa başlayır.
Müəllif : Günəş Bayramova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun IV Könüllü Fəaliyyət Qrupunun üzvü
Bağlanma nəzəriyyəsi
“Psixoloji Məsləhətə Giriş” Kursu (fərdi dərs)
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə Təhlükəsizlik sektorunda fəaliyyət göstərən FMG (Facility Management Group) şirkətində “İşçilərin məhsuldarlığının artırılması” üzrə təlimlər keçirilmişdir.