Bəs hansı yaxşıdır?
Bəzən ətrafımızdakı insanların uğurlarını, maddi durumunu, sevincini gördükdə içimizdə özümüzün belə qəbul edə bilmədiyimiz hətta yaraşdırmadığımız neqativ hisslər-həsəd duyğusu yarana bilir…
“Niyə onda var məndə yoxdur?”… Mövzu haqda bir çox araşdırmalar aparmış psixoloqlardan biri olan Leyla Navaro öz çıxışlarından birində belə qeyd edir ki, “həsəd” özünü hər hansı bir şeyin əskikliyini duyduğumuz anda biruzə verir..”Qısqanclıq” isə “var olanı itirmək qorxusu” ndan yaranır və daha öncələr bizdə olan şeyi yenidən istəməklə əlaqəlidir..
Beləliklə, həsəd 2 qısqanclıq isə 3 kişi arasında baş verir..Ikinci sualımızın cavabına gəldikdə isə belə qeyd edilir ki, keçirdiyimiz bütün duyğuların həmçinin daxildən gələn istəyi bildirmək kimi bir siqnal rolu da vardır..Və bu siqnalı necə istifadə edəcəyimiz isə bizdən aslıdır..Yəni əgər biz həmin anda keçirdiyimiz həsəd duyğusunu öz inkişafımıza təkan verəcək müsbət yönümlü fəaliyyətdə istifadə edə bilsək ona heç də neqativ duyğu deyə bilmərik..Əks təqdirdə isə Navaronun dili ilə desək ” Dağıdıcı sonluğu” özümüz yaratmış oluruq..Hansı ki, qurbanı təkcə özümüzük….
Müəllif : Mətanət Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, psixoloq