“Bu gün necə hiss edirəm?”

ways-to-feel-better-grand-journey-banner-v3-5a108d2dde264f668faa204d67d9c9ce

Yavaşladım…Yoruldum…

Diqqətim dağınıq…Yaddaşım zəyifləyib…

O qədər çox şeyi içinə atırsan ki. Hər şeyi düşünürsən, fikrin çəkirsən, içində böyüdürsən! O nə dedi?, bu nə dedi?, bu niyə axtarmadı?, o niyə sormadı?, o niyə dəstək olmadı?, bu niyə anlamadı?… kimi kimbilir daha nə çox düşüncələr var indi beynini yoran. Çevrəndə halını xətrini soruşmayanlar olduğunda, onlardan o dəqiqə incimə, içindən gəlmirsə səndə onlarınkını soruşma məsələn, çünki hal xətir soruşmaq lazım olan insan ilk özün olmalısan.Heç özündən soruşdunmu bu gün necəyəm? Yaxşı olmaq üçün nələr edə bilərəm deyə?

Sənə tövsiyyəm biraz ara ver , dincəl… düşüncə dünyanı təmizlə , yönləndir biraz. Hər zamam birilərini dinləyirsən, birilərini izləyirsən. Amma əsl vacib olan özünü dinləməyindir. Nəyə ehtiyacın olduğunu özündən soruş.Kimsə səni səndən daha yaxşı bilə bilməz.Çevrəndə tanıdığın hər kəs ilə münasibətini dəyərləndir ama onlar mənə nə etdilər deyə deyil, mən onlarla necə bir münasibət qurmuşam ? Nə qədər fədakarlıq etmişəm və bunları qədərindəmi etmişəm yoxsa ifrata varmışam? Acılarınıza sahib çıxın çünkü onlar sizin ən böyük qazanç qapılarınızdır. Sizə heç kimsənin vermədiyi dərsi verən təcrübələrinizdir.

Baxmayın siz sizə o kədəri çəkdirənlərə, ilişib qalmayın, kin tutmayın, nifrət bəsləməyin onlara. Çünki bunun heç bir faydası yoxdur.Onlar əslində bir vəsilədir, əsil məsələ sizin o acılar, sınaqlar qarşısında nə hiss etdiyiniz, necə davrandığınızdır və nə öyrəndiyinizdir. Bu zamana qədər etdikləriniz sizə nə qatdı və nələri aldı? Və o düşüncələr əsansında nə hiss etdiniz? Hisslərinizi dinləyin. Hər acı bir təcrübə fənər vəzifəsi daşıyır. Və bu fənər sizə zamanla yolunuzu aydınlatan işıq olacaq.Təbii o, fənəri əlinə alıb irəlləməyə davam edə bilənə…Həyatımız qaranlıqlar və aydınlıqlarla doludur. Hamısıda bizə aiddir. Kimsə nə tam aydınlıqdır nə də tam qaranlıqdır. Qaranlığına rəğmən aydınlığına baxa bilsən , görə bilsən psixoloji sağlamlığın artar.O zaman inanın düşüncələrinizi daha faydalı istiqamətdə istifadə edə biləcəksiniz və fərqinə vardıqlarınızın sayı artacaq.Mən seanslarımda pasiyentlərimə bunu çox edirəm.Siz də özünüzə bunu edin.

Müəllif : Sevinc Əlizadə – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki