Emosional aclıq bir yemə pozuntusudur. Aclıq çox zaman bir hisslə birdən-birə başlayır.Aclığın fiziki, yoxsa emosional olduğunu ayırd etmək vacibdir. Çünki insanın yeməklə əlaqəsi həyat keyfiyyəti ilə birbaşa əlaqəlidir.
Emosional aclığı fiziki aclıqdan fərqləndirən ən vacib xüsusiyyət emosional aclıq çəkən insan nə yeyirsə yesin doyduğunu hiss etməməsidir.Burada məqsəd də doymaq üçün yemək deyil,hiss etdiyi ağır hisslərdən qaçmaq , hiss etməmək üçündür. Lakin bu,müvəqqəti həll yoludur.
İkinci ən önəmli fərq isə emosional yemədən sonra yaşanan günahkarlıq hissidir ki, bu hala fiziki yemədə rastlanmır.Beləliklə bir hissdən qaçınan zaman başqa bir duyğunun əsiri oluruq.Həyatimizda neqativ döngü yaranır. Əslində isə hisslərimizdən qaçmağımız mümkün deyil.Bəzi səbəblərdən dolayı insanlar hisslərini göstərməməsi,yaşamaması,hiss etməməsi lazım olduğunu düşünür və bu da hisslərini ötürə biləcəyi insan olmayan basqa yollar tapmasına gətirib çıxarır.Belə olduqda insanın tək dostu yemək olur deyə bilərik.
Emosional aclıq yaşayan insanlar nə qədər diyetoloq dəstəyi alsalar da, müəyyən bir zamanda çəki versələr də, ancaq bu müvəqqəti xarakter daşıyır. İnsan hisslərini qəbul etməyi,yönləndirməyi öyrənmədiyi müddətcə emosional aclıq problemi yaşayır. Öhdəsindən gələ bilmədiyiniz problemlərinizi sizə zərər verəcək başqa şeylərlə örtməyə çalışdığızın fərqinə varın və əgər bu sizə kömək etmirsə dəstək almaqdan çəkinməyin.
Müəllif : Nərmin Xəlilova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu