“Heç kim məni başa düşmür…”

danbo-figure-separated-miss-disc-sad-longing-cute-fun

Heç kim məni başa düşmür…

Bilmirəm mən yalnış düşünürəm,yalnış hissə qapılıram yoxsa ətrafımdakı insanlar yalnış düşünməyimə şərait yaradırlar? Əslində “heç kim” deyərkən ən yaxınlarımı nəzərdə tuturam.

İndi isə gələk, bu düşüncənin məndə nə zamandan yaranmasına səbəb olacaq bir neçə səbəblərə. Bildiyimiz kimi bizim bu günki hiss və fikirlərimizdə, uşaqlığımızda ailəmizin və ətrafımızdakı insanların etnopsixologiyaları, onların öz şəxsi həyata baxış tərzlərinin rolu böyükdür.

-Bir hadisə mənə gülməli gəldi güldüm, “olmaz qız uşağı möhkəm gülməz, kişi dediyin hər şeyə gülməz,ağlamaz ağır olar” dedilər.

-Həyətdə biri ilə dalaşdım, “yenə problem yaratdın mən indi qonşunun üzünə necə baxacam” dedilər.

-Yolda biri mənə sataşdı ağladım, “niyə ağlayırsan, başı aşağı getsəydin kimsə sənə sataşmazdı” dedilər.

-Dərslər yadımda qalmır, “oxuya bilmirəm” dedim, “istəsən yadında qalar, boş avara olmaq istəyirsən, ona görə oxumursan, yadında qalmır” dedilər.

Heç maraqlanmağa ehtiyac belə görmədilər ki, bəlkə davanın səbəbkarı heç mən deyildim, axı mən kimsə mənə sataşsın deyə şərait yaratmamışdım ki, bəlkə gərcəkdən beyin gücüm dərsi yadda saxlamağa catacaq potensiyalda deyildi. Məni başa düşmək üçün heç cəhtdə etmədilər və nəticdə hər zaman günahkar mən idim.

Bu gün mən uşaq deyiləm böyümüşəm amma uşaqlıqdan bu günə kimi özümlə bir yerdə böyütdüyüm dəyərsizlik, anlaşılmama duyğusu hələdə mənimlə bir yerdədir.

Bəs necə edimki məni neqativə yükəyən bu düşüncələrdən xilas olum?

⦁ İlk öncə özünə bunu xatırlat. Mən hələdə 3- 5 yaşlarındakı öz hisslərini ifadə etməyə çətinlik çəkən o balaca uşağam?.

⦁ Daha sonra özünə bu sualı ver. Bəs mən özüm özümü başa düşürəm? Yoxsa özümün özümə laiq görmədiyim, başa düşmədiyim bu duyğunu başqalarından gözləyirəm?.

⦁ Ümumiyyətlə başqalarından asılı olan duyğusal ehtiyalarımızı azaltmağa calışaq.

Bunu hec zaman unutma Sən Sənə yetdiyin , sən səni başa düşdüyün , sən səni sevdiyin zaman dünyan dahada gözəl dövr edəcək.

Müəllif : Nərmin Vəliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki