İrrasional düşüncələr

tontura-e-vertigem-abordagem-conjunta-pelo-otorrino-e-neurologista-11122018172807

İnsanların problemlərinin əksəriyyəti irrasional inanclardan gəlir. İrrasional inanc dedikdə, həyata və insanlara qarşı tələb olunan, amma reallıqla üst-üstə düşməyən fikirləri nəzərdə tuturam. Ya da psixoloq Wouter Backxın tərifini istifadə edə bilərəm.

İnsanın yaxşı bir şeyə nail olma ya da pis bir şeyin qarşısını almağa çalışmasıyla bağlı olub, amma reallıqda olan vəziyyətə də razı olmadığı halında üzə çıxan fikirlərə irrasional inanc deyilir.

Bu fikirlər daha çox “malı”, “məli” şəkilçiləri ilə düzəlir :

“Müdürüm üstümə qışqırmamalıdır”.

“Övladım sözümə baxmalıdır”.

“Sevgilim yalan danışmamalıdır”.

“Səhv etməməliyəm”.

“Uğur qazanmalıyam”.

Razıyam, bunlar olsa daha yaxşı olar. Amma bunlar olmalıdır deyə bir qayda yoxdur. İnsanlar hirslənə, yalan danışa, səhv edə və nəyisə bacarmaya bilərlər. İstəmədiyiniz digər də ola bilər həyatda və olur da. Bunlar həyatın olmazsa olmazlarıdır. Belə şeylər hər kəsin başına gəlir. Bunların sizin başınıza gəlməyəcəyini gözləmək ya da “olmamalıdır” demək reallığa uyğun deyil. Kainatda belə qaydalar yoxdur. Həyata və insanlara qarşı düşüncələrimizi nə qədər plastik və dəyişkən etsəniz o qədər yaxşıdır. Dünyada heç bir şey mütləq pis və mütləq yaxşı deyil. Düşüncələrinizi yaradarkən aşağıdakı kriteriyalara uyğun gələrsə, özünüzü daha yaxşı hiss edərsiniz.

1. Qatı düşünməyin. Ya yaxşı, ya pis və yaxud ya ağ ya qara şəklində düşünməyin. Dünya bundan daha qarışıq və dəyişkəndir.

2. Hisləriniz əsasında deyil, məntiqiniz əsasında düşünün və hərəkət edin.

3. Gözləntilərinizi reallığa uyğun şəkildə qurun. Utopiyada ya da cənnətdə yaşamırıq.

4. Problemləri deyil, həll yollarını düşünün.

Müəllif : Fuad Əsədov – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu

Share to Odnoklassniki