Xatirəni unutmağın yolları

ani-defteri-nasil-hazirlanir-5-fotografli-ani-defteri-fikri

İnsanlar çox vaxt xatirələrini unuda bilməməkdən, o xatirələrin hər dəfə yada düşməməsindən narahat olduqlarını dilə gətirərlər. Heç cürə bu xatirələri silib ata bilməməkdən və bu düşüncənində eyni zamanda daha çox əziyyət verdiyindən şikayətlənərlər.

Həqiqətəndə bizim həyatımız xoş və pis xatirələrlə dolu olur. Adətən çox insan pis xatirələri daha çox xatırladıqlarını dilə gətirərlər.

Ümumiyyətlə xatirələrdən qurtulmağın yolu varmı və varsa necə?

Müəyyən hadisə müsbət və ya mənfi fərqi yoxdur bizim beynimizdə müəyyən iz qoyur. Ancaq psixoloji araşdırmalar bunu göstəriri ki, bu izləri dərinləşdirmək və silinməz hala gətirmək bizim əlimizdədir. Yəqin ki hamınıza tanışdır ki, 3-5, 10- 30 fərqi yoxdur müəyyən yaş mərhələsində bizə qarşı deyilmiş sözləri beyində tez-tez təkrarlayaraq hər dəfə xatırlayaraq unudulmaz hala biz gətirib çıxarmışıq.

Necəmi?

Təkrar-təkrar xatırlayaraq. Hər xatırladığımızda eyni duyğunu yaşamaq bəzən o duyğudan əziyyət çəkmək bizə şüursuz şəkildə bir zövq verə bilər. Biz bunun fərqinə varmasaq belə.

Siz daima şikayət etdiyiniz şeylərdən bəzən zövq aldığınızı belə bilmirsiniz.

Kimsə sizə nəsə pis bir şey edib. Bunu unutmağın ən gözəl yolu xatırlamamaq, eyni xatirələrə qayıtmamaqdır. Əgər heç cürə duyğularınızla bacara bilmirsinizsə, onda bu işlə məşğul olan profisional bir insana müraciət edərək dəstək ala və qalan həyatınızı daha sakit və hüzurlu keçirə bilərsiniz.

Müəllif : Lalə Əhmədova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki