Niyə bəzən heç bir hissimin olmadığını düşünürəm?
Niyə qanadlarınızın olduğunu, uçmağın sizdən asılı olduğunu hiss etsəniz belə, qanadlarınızı açıb uça bilmirsiniz?
Əslində bu məhz “travma” ilə əlaqədardır. Əgər hər hansı bir travma almısınızsa, bütün bədən ağrılarınız, yaşadığınız mənfi hisslər, düşüncə və davranışlarınız ona əsasən formalaşır. Bəs nədir travma? Necə yaranır? deyə cavabsız suallarınız ortaya çıxır. Bundan sonra isə həmin travmanı araşdırmağa başlayırsınız.
“Travma” termini psixoloji baxımdan çox fərqli kontekslərdə, xüsusən də psixoterapevtik praktikada istifadə olunur. Psixologiyada, posttravmatik stress pozuntusundakı travma ilə stress termini eyni mənanı ifadə edir.
Psixi travma (və ya psixoloji stress), insanı incidən təcrübələrlə müşayiət olunan daxili psixi konfliktdir. Bu konflikt fərqli formalarda təzahür edir: şəxsiyətin dixotomiyası (pis qız-yaxşı qız), istəklər və öhdəliklər, özünün və ya başqalarının fikirlərinə inanmaq kimi və s. Yəni istənilən problem növü və daxili fikir ayrılıqları, insanı incidirsə bu, travma olaraq dəyərləndirilir. Həmçinin bir çox tədqiqatçının fikrincə, bütün insanlar travmaya meyilli olmur, yalnız müəyyən xarakter xüsusiyyətlərinə və sinir sisteminin spesifik quruluşuna sahib insanlarda travmaya meyillilik vardır.
Psixi travma (və ya emosional stress) hadisənin özü deyil, insanın, şüurun bu hadisəyə reaksiyası, onu dəyərləndirməsi və bu dəyərdən asılı olaraq gərginlik və narahatlıq hallarının müşahidə olunması vəziyyətidir.
Beləliklə, eyni stimulun fərqli insanlar üçün nəticələrindəki fərqi izah etməyə çalışırlar. Axı məlumdur ki, fəlakət, terror hücumu, yaxınlarınızın ölümü, hətta zorakılıq kimi ən dəhşətli hadisələr belə, həmişə travma sonrası stres vəziyyətinin ortaya çıxmasına və hətta post-travmatik stres bozukluğu adlanan bir xəstəliyə yol açmır.
Və nəhayət, zehni travma, bir insanın həyatında insan həyatının əhəmiyyətli cəhətlərini təsir edən və sıx təcrübələrlə müşayiət olunan hər hansı bir hadisə adlanır.
Müəllif : Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq