Karl Qustav Yunq

yunq

Elmi fəaliyyəti:

ANALITIK NƏZƏRIYYƏ: Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.

EQO: Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.

ŞƏXSI ŞÜURSUZLUQ: Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər. Məs: hakimlik kompleksi olan insan birbaşa yaxud simvolik olaraq hakimiyyət mövzusu ilə əlaqədar olan işlərə əhəmiyyətli dərəcədə psixi enerji sərf edə bilər. Bir dəfə formalaşmış kompleks insanın davranışına və onun hisslər aləminə təsir etməyə başlayır. Nəticədə kompleksin komponentləri, yaxud bütün kompleks dərk edilə və fərdin həyatına güclü təsir edə bilər.

KOLLEKTIV ŞÜURSUZLUQ: Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və şəxsi şüursuzluğu ört-basdır edir. Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu.

ARXETIPLƏR: Yunq belə bir fərziyyə irəli sürdü ki, kollektiv şüursuzluq ilkin psixi obrazlar olan arxetiplərdən ibarətdir. Arxetip-bu əhəmiyyətli emosional elementə malik universal fikir formasıdır. Arxetiplər-anadangəlmə fikir və təəsüratlardır. Anadangəlmə burada konkret situasiyalara emosional, koqnitiv və davranış baxımından cavab vermə tendensiyası kimi başa düşülür. Misal üçün, valideynlərlə, sevdiyin insanla, ilanla yaxud ölümlə qəfil qarşılaşma olduqda. Yunq tərəfindən göstərilən arxetiplər arasında ana, uşaq, qəhrəman, müdrik, Allah və ölüm daxildir.

Yunq belə hesab edirdi ki, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kütləvi şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.

Persona: (latınca “persona” – maska dem.) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur.

Anima və animus: Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.

Kölgə: Persona arxetipinə əks mövqedə, şəxsiyyətin qaranlıq, qarışıq və heyvani tərəfi olan kölgə dayanır. Kölgə özündə sosial cəhətdən qəbul olunmayan seksual və aqressiv impulsları, əxlaqsız fikir və ehtirasları özündə birləşdirir. Lakin kölgənin həm də müsbət tərəfləri də var. Yunq kölgəyə həyatın mənbəyi, fərdin həyatının spontаn və yaradıcılığının başlanğıcı kimi baxırdı. Оnun fikrinə görə, eqonun funksiyası kölgənin enerjisini düzgün cərəyana yönəltsin.

Özəllik: Yunqun nəzəriyyəsində daha vacib xarakter daşıyır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir. Belə olan halda Yunqa görə özəllik bu insan həyatının başlıca məqsədidir.

Share to Odnoklassniki