“Ailə Psixologiyası” Kursu (Modul 1)

197752322_966179647482869_3087645958533351782_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

08.06.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ailə Psixologiyası Kursu tədris olunmağa başladı.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan ilk modulda ailə psixologiyasının obyekti və predmeti, tarixi haqda iştirakçılara ilkin məlumatlar verildi, ailə genoqramının qurulması izah olundu və genoqram üzərində keys analizi aparıldı. İştirakçıların sualları cavablandırıldı, dərs qarşılıqlı fikir mübadiləsi əsasında davam etdi.

Yüksək peşəkarlıqla tədris olunan kurs üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik!

Məlumat üçün bildirək ki, 30 saatlıq proqramı əhatə edən və 15 modul üzrə davam edəcək kursun ikinci modulu 10.06.2021 tarixində, saat 16:00-da baş tutacaq.

Share to Odnoklassniki