“Uşaq depressiyaları: psixoloq və nevroloq yanaşması” vebinarı

  • Home
  • Xəbərlər
  • “Uşaq depressiyaları: psixoloq və nevroloq yanaşması” vebinarı
195127167_964116914355809_4527536082392177642_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

04.06.2021 tarixində Zoom platforması üzərindən növbəti maarifləndirici vebinarımız baş tutdu.

“Uşaq depressiyaları: psixoloq və nevroloq yanaşması” mövzusunda vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və nevroloq Vəfa Əzimovanın təqdimatında baş tutdu.

Mütəxəssislərin hər biri mövzuya öz sahəsi üzrə peşəkar yanaşma ilə çıxış etdi, daha sonra iştirakçıların suallarını cavablandırdı. Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mələk xanıma və Vəfa xanıma öz dəyərli zamanlarından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları üçün təşəkkürümüzü bildirir, iştirakçılara növbəti təlim və vebinarlarımızda görüşmək ümidi ilə uğurlar arzu edirik!

Share to Odnoklassniki