İmposter sindromu ilk dəfə 1970-ci illərdə psixoloq Suzanne Imes və Pauline Rose Clance tərəfindən kəşf edilmişdir.
İmposter sindromu şəxslərin iş həyatına dərin təsirlə xarakterizə edilən psixoloji sindromdur. Bu sindroma sahib olan insanlar iş və ya təhsil həyatlarında həddindən artıq yüksək mövqeyə gəlib çıxsalar və böyük uğurlar əldə etsələr də, bu uğurun səbəbini öz çalışqanlıqları, bacarıqları və ya əməklərində deyil, tamamilə şans faktorunda görürlər. İmposter sindromunun ən sarsıdıcı tərəfi isə bu şəxslərin bir gün bütün şans əsəri qazandıqlarına layiq olmadıqlarının üzə çıxacağını düşünmələridir. Bu şəxslər nə vaxtsa “təsadüfi” yüksəlişlərinin anlaşılacağını və əllərindəki hər şeyi itirəcəklərini düşünürlər.
İmposter sindromunun hər hansısa bir növünün insanların 70%-də mövcud olduğu düşünülür. Bu sindromu yaşayan insanların ortaq xüsusiyyətləri müvəffəqiyyətli olmalarıdır.
İmposter sindromuna daha çox qadınlarda rast gəlinir.
Amerikada iki magistr və digər elmi dərəcələrə də sahib bir qadın rektor vəzifəsində çalışırdı və tezliklə dekan olacağı düşünülürdü. Bir gün müvəffəqiyyətli akademik bütün iş yoldaşlarına maskalandığını və saxtakarlıq etdiyini, hər kəsdən üzr istədiyini bildirən bir e-mail göndərir. Həyatının qalan hissəsində isə sadə işlərdə çalışır. Qadının bütün iş yoldaşları təəccübləndilər, çünki onun iş həyatı çox müvəffəqiyyətli idi. Qadının bu davranışının səbəbi isə imposter sindromu idi.
Suzanne Imesin düşüncəsinə görə imposter sindromunun səbəbi ailədə mövcud olan mükəmməlliyətçi düşüncələrdir.
İmposter sindromunu necə aradan qaldıra bilərik?
●Fərqinə varaq; imposter sindromu bir çox insanlarda mövcuddur;
●Bacardığınız işləri düşünək;
●Mükəmməlliyətçi olmayaq.