Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edirik.
Psixoloq – yüksək ali psixoloji təhsil almış şəxsdir. Bu, insan psixikası nədir, necə inkişaf edir, insanın hazırki və digər yaş dövrlərində ruhunda nə baş verir, yaddaş, təfəkkür, xəyal və diqqət necə olmalıdır, insanlarla necə səmərəli ünsiyyət yaradıla və ailə qurula bilər, uşaqların tərbiyəsini və s. bilən ekspertdir.
Bir çox psixoloqlar təhsillərini müxtəlif psixoloji istiqamətlər üzərində davam etdirirlər – psixoanaliz, geştalt terapiya, NLP və s. İxtisaslışmış psixoloqlar çalışdıqları istiqamətdə böyük praktik təcrübəyə malik olduqlarından pasiyentin probleminin həllində daha məhsuldar olurlar.
Psixoloqun əsas vəzifəsi – pasiyentə düşdüyü çətin situasiyanı anlatmaq və çıxış yolu nədən ibarətdir, bu istiqamətdə analiz aparmaqdan ibarətdir. Çox zaman belə bir sualla rastlaşırıq; “Pasiyentlə görüşdə psixoloq nə iş görür?”
Pasiyentin danışıqlarına diqqətlə qulaq asır.
Ona aydın olmayanda dəqiqləşdirici suallar verir.
Pasiyenti bütün situasiyalarda narahat edən halları analiz edir, aydınlaşdırmağa çalışır.
Pasiyentə situasiyaya müxtəlif tərəflərdən baxmağa, baş verənlər haqqında təsəvvürlərini genişləndirməyə, yeni təcrübə qazanmağa və s. kömək edir.
Situasiyadan asılı olaraq psixoloq pasiyentə tövsiyələr verə, psixoloji bilik və təcrübələrini bölüşə bilər.
Psixoloji işin uğurla aparılması pasiyentə özünü daha yaxşı hiss etməyə, situasiyanı obyektiv dəyərləndirməyə imkan verir. Beləliklə, pasiyentdə problemli situasiya haqqında təsəvvür dəyişir və qərar vermək imkanları genişlənir.
Nəzərə almaq lazımdır ki, bir konsultasiya ümumilikdə problemi həll etmək üçün kifayət deyil. Təəssüflər olsun ki, Azərbaycanda, eləcə də bir çox postsovet ölkələrində insanlar peşəkarlara ən son hallarda, ümidsiz vəziyyətlərdə müraciət edirlər. Və gözləyirlər ki, neçə illərdir əziyyət çəkdikləri problemi mütəxəssis-psixoloq bir görüşdə həll edəcək.
Məsələn, 30 yaşında özünüqiymətləndirməsi aşağı olan pasiyent gəlir. O, 30 il özünüqiymətləndirməsi aşağı olaraq yaşayıb və gözləyir ki, bir seansda psixoloq “sehrli çubuğu” vasitəsi ilə hər şeyi dəyişsin.
Məsələ burasındadır ki, psixika maşın mexanizmi deyil, nə isə dəyişdirilsin, nə isə burulsun və mexanizm tez bir zamanda fəaliyyətinə davam etsin. Psixika çox incə bir şeydir və psixoloq travma verməmək və işləyən mexanizmə mane olmamaq üçün ehtiyatla, incə bir şəkildə işləmək məcburiyyətindədir. Təsəvvür edin, bir dəfəyə pasiyentdə özünüqiymətləndirmə dəyişəcək, bəs onun digər vərdişləri, ətrafla münasibət, ətrafın ona olan münasibəti necə olsun? Onlar da dəyişməlidir. Davranışın vərdiş olunmuş digər strategiyaları necə olsun? Bütün bunları bir gündə etmək real deyil axı. Özümüzə yenidən yanaşmağa zaman gərəkir. Bunu özümüzə tanımağı bacaraq.
Psixoloq kimdir? – Elnur Rüstəmov
Telefon zənglərinin 70-80 faizi həyəcan yaradır
Bakıda iti vəhşicə ağaca asıb öldürən şəxsin xəstəliyi nədir?