“Peşəkar Psixoloq” Təcrübə Proqramının ilk dərsindən fotoları sizə təqdim edirik.

  • Home
  • Xəbərlər
  • “Peşəkar Psixoloq” Təcrübə Proqramının ilk dərsindən fotoları sizə təqdim edirik.
150131877_897203581047143_3660036876314262070_o

“Peşəkar Psixoloq” Təcrübə Proqramının ilk dərsindən fotoları sizə təqdim edirik.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 08.01.2021 tarixində sosial izolyasiya qaydalarına əməl olunmaqla “Peşəkar Psixoloq” Təcrübə Proqramının ilk dərsi baş tutdu.

Qeyd edək ki, təcrübə proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur.

Təcrübə proqramının fəaliyyət planına əsasən ilk dərs “Ailələrlə iş, ailə vəziyyətinin dəyərləndirilməsi və korreksiyası” mövzusuna həsr olundu.

Qeyd olunan mövzu üzrə zəruri biliklər iştirakçılara çatdırıldı, praktik iş aparıldı, onlar ilk dərsi əhatə edən dərs materialları ilə təmin olundular.

İlk dərs kurs iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, onlar öz məmnuniyyət rəylərini bizimlə paylaşdılar.

Peşəkarlıqla tədris olunan kurs üçün Mətanət xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Siz də “Peşəkar Psixoloq” Təcrübə Proqramımıza qoşulmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 ( mobil/what’s App)

Share to Odnoklassniki