23.01.2021 tarixində yeni bilik və bol informasiya ilə zəngin “Proyektiv testlərin praktik psixologiyada tətbiqi” mövzusunda vebinarımız baş tutdu.

  • Home
  • Xəbərlər
  • 23.01.2021 tarixində yeni bilik və bol informasiya ilə zəngin “Proyektiv testlərin praktik psixologiyada tətbiqi” mövzusunda vebinarımız baş tutdu.
144067159_888991448535023_8272598845544812986_o

Dəyərli izləyicilərimiz, 23.01.2021 tarixində yeni bilik və bol informasiya ilə zəngin daha bir vebinarımız baş tutdu.
Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında tədris olunan vebinar “Proyektiv testlərin praktik psixologiyada tətbiqi” mövzusuna həsr olundu.

Zoom platforması üzərindən tədris olunan və 3 saat davam edən vebinarda Gülər xanım iştirakçılara 5 fərqli proyektiv testin – T.A.T – Tematik Algı Testi, C.A.T – Çocuk Algı Testi, Beiser Cümlə Tamamlama testi, Bender Geştalt və İnsan rəsminin analizi testlərinin metodikasını təqdim etdi.

Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı, təlim materialları və Sertifikat iştirakçıların elektron poçtuna göndərildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşımız Gülər xanıma təşəkkürümüzü bildirir, iştirakçılara növbəti vebinarlarımızda görüşmək ümidilə uğurlar arzu edirik!

Share to Odnoklassniki