17.11.2020 tarixində “Pozitiv psixoterapiyanın klinik problemlər üzərində tətbiqi” adlı masterclassın 1-ci modulu baş tutdu.
Masterclass Sidney Universitetinin proqramı ilə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirildi.
İlk modulda Nərmin xanım iştirakçılara pozitiv psixoterapiya, onun mahiyyəti, əhəmiyyəti haqda, proqram üzrə 1-ci modulu əhatə edən mövzular üzrə ətraflı məlumat verdi, ardınca meditasiya həyata keçirdi.
Daha ilk moduldan masterclass iştirakçıları tərəfindən çox xoş geri bildirimlər aldığımız masterclass üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!