12.11.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ailə Psixologiyası Kursu tədris olunmağa başladı.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında tədris olunan ilk modulda ailə psixologiyasının obyekti və predmeti haqda ilkin məlumatlar verildi, ailə psixologiyasının tarixi mövzusuna yer ayrıldı. İştirakçıların sualları cavablandırıldı, dərs qarşılıqlı fikir mübadiləsi əsasında davam etdi.
Yüksək peşəkarlıqla tədris olunan kurs üçün sədr Elnur Rüstəmova təşəkkürümüzü bildirir, iştirakçılara növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik!
Məlumat üçün bildirək ki, 20 saatlıq proqramı əhatə edən və 10 modul üzrə davam edəcək kursun ikinci modulu 17.11.2020 tarixində, saat 14:00-da baş tutacaq.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)
Ek alanı