PAŞİNYANIN PSİXOLOJİ PORTRETİ
Sinir sistemi zəifdir (dözümsüzdür) və rigiddir (necə deyərlər, tutduğundan əl çəkmir).
Şizoid-epileptoid tipin əlamətlərinin qabarıq təzahürünü görürük: çevik deyil, özünün paralel reallığında yaşayır, tez inciyir, öz bildiyini israrla müdafiə edir, kinlidir.
Utanmaq hissi çox zəifdir.
Əxlaqi davranışı daha çox qorxu hissindən asılıdır.
Özünüqiymətləndirmə səviyyəsi qeyri-adekvat dərəcədə yüksəkdir. Başqalarını günahlandırma reaksiyası dominantlıq təşkil edir.
Təbiətində lider keyfiyyətləri olmasa da, yüksək sosial statusa münasibətdə ambisiyalıdır.
İnsanlara yönəlik deyil.
İntrovertdir.
Tabe olmağı bacarmır və sevmir, eyni zamanda rəhbərlik etməyi bacarmır.
Həmişə hər şeydən narazıdır.
Daxili diskomfort səviyyəsi yüksək dərəcədədir.
Emosional vəziyyəti daha çox sabit neqativdir.
Ümumi intellekt səviyyəsi ortadır.
Beləliklə,sosial adaptivlik səviyyəsi aşağıdır, məkanı özünə uyğunlaşdırmağa çalışır, çünki mühitə uyğunlaşmağa çevikliyi yoxdur, tənqidi mövqeyi onu hakimiyyətə gətirmişdir, başqa sözlə, lazım olan vaxtda lazımi yerdə peyda olmuşdur.
Yuxarıda deyilənlərə əsasən deyə bilərik ki, o, nə ermənistanın əvvəlki prezidenti ilə, nə də Azərbaycan prezidenti ilə kompromisə getməyəcək. Bütün imkanlarından-istər yalan olsun, istər doğru istifadə etməklə əvvəlki status-kvonu saxlamağa çalışacaq. Lakin çətin ki, buna nail olacaq.
Müəllif: Psixologiya Elmlər Doktoru, professor Svetlana Məcidova
Ek alanı