Məktəb psixoloqları ilə 1-4, 5-9, 10-11-ci siniflər üzrə bölünmüş qruplarda onlayn görüşlər keçirildi.

  • Home
  • Xəbərlər
  • Məktəb psixoloqları ilə 1-4, 5-9, 10-11-ci siniflər üzrə bölünmüş qruplarda onlayn görüşlər keçirildi.
IMG_20200716_144659

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqları ilə 1-4, 5-9, 10-11-ci siniflər üzrə bölünmüş qruplarda onlayn görüşlər keçirildi.

Ardınca 07.07.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun iştirakı ilə ümumi görüş baş tutdu. Görüşdə məktəb psixoloqlarına layihənin mahiyyəti, məqsədi haqda ətraflı məlumat verildi, layihə çərçivəsində görüləcək işlərin gedişatı müzakirə olundu.

Layihənin icrasında və həyata keçməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir və uğurlar arzu edirik.

Ek alanı

Share to Odnoklassniki