Məişət zorakılığı və onunla necə mübarizə aparmalı?
Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Demək olar ki, əksər ailələrdə o, özünü müəyyən formalarda biruzə verir. Məişət zorakılığının qarşısını necə almaq olar, ondan əziyyət çəkənlərə psixoloji yardım hansı səviyyədədir, ümumiyyətlə, qanun bu barədə nə deyir? Məsələ ilə bağlı ekspertlərin fikirlərini təqdim edirik.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov: “Ailədaxili şiddət bugünün problemi deyil, tarixi qədimlərə gedib çıxır. Bu gün bəşəriyyətdə onun aradan qaldırılması istiqamətində hüquqi istiqamətdə işlər aparılır. Ancaq yenə də biz bu problemin hətta inkşaf etmiş ölkələrdə belə həll edildiyini söyləyə bilmərik, qismən tənzimləndiyini deyə bilərik. Ailədaxili şiddətin bir istiqaməti də məhz qeyd etdiyiniz psixoloji şiddətdir.
Digər şiddət növlərinin də kökündə məhz psixoloji şiddət dayanır. Bu gün dünya, elm, texnologiya inkişaf edir, bununla paralel insanın həyat keyfiyyəti dəyişir, münasibətlərdə yeni yanaşmalar ortaya çıxır. Gender bərabərliyi bu prosesdə sadəcə bir istiqamətdir. Bundan irəli gələn məsələlər hələ də tam həll olunmayıb. Problem hüquqi tərəfdən qismən həllini tapsa da, şüur baxımından tam həllini tapmayıb. Şübhəsiz ki, bunu birdən-birə etmək qeyri-mümkündür. Problem XX əsrdən başlayaraq ortaya çıxdı. Məişət zorakılığının baş vermə səbəbi daha çox cütlüklər arasında həll edilməyən problemlərin zaman keçdikcə zorakılıq müstəvisinə keçməsidir.
Proses birdən-birə baş vermir, zamanla olur. Sadəcə tərəflər çox zaman problemi həll etmək yerinə onu zamanın axarına buraxır, bununla problemin həll ediləcəyini düşünürlər. Çox zaman da məişət problemi ya boşanma, ya da şiddətlə nəticələnir. Bu demək olar ki, bütün dünyada eyni istiqamətdə baş verir. Sadəcə inkişaf etmiş ölkələrdə qanunların işlək halda olması, qarşı tərəfi zorakılıqdan qaçmağa sövq edir. Eyni zamanda maarifləndirmə o dərəcə geniş aparılır ki, tərəflər konkret olaraq həm hüquqlarını, həm də vəzifələrini bilirlər. Bizdə isə təəsüflər olsun ki, daha çox hüquqlarını bilən və tələb edənlər var. Vəzifələr isə arxa plandadır. Problem varsa, o sivil formada həll edilməlidir, zorakılıqla deyil. Bizdə şiddətə məruz qalan qadınların müdafiəsi hansı səviyyədədir? Onlara psixoloji yardım olunurmu?
Azərbaycanda məişət zorakılığına məruz qalan xanımlara hüquqi, psixoloji müstəvidə yardım göstərmək üçün qanunvericilik səviyyəsində kifayət qədər addımlar atılıb. Sırf psixoloji məqamdan söhbət gedirsə bununla bağlı “Psixoloji Yardım” haqqında qanunda konkret maddələr var. Misal üçün, Qanunun 6.2.6. və 6.2.12-ci maddələrində (6.2.6. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin; 6.2.12. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərin ödənişsiz psixoloji yardım alması) bununla bağlı konkret olaraq zərərçəkmişlərə psixoloji yardımın dövlət tərəfindən ödənişsiz həyata keçirilməsi qeyd olunub. Müraciət olunduğu təqdirdə bu insanlara psixoloji yardım göstərilir. Bu istiqamətdə işlər aparılır. Bu məsələdə bir məqamı nəzərə almalıyıq ki, psixoloji yardımın göstərilməsi özlüyündə nəticə ilə çalışmaqdır. Yaxşı olardı, ona qədər olan mərhələdə psixoloji maarifləndirmə və psixoloji proflaktika istiqamətlərində işlər geniş aparılsın.
Qeyd etdiyimiz 2 istiqamətə nə qədər çox zaman ayırsaq, psixoloji yardıma bir o qədər də az ehtiyac qalar. Ona görə də biz psixoloji maarifləndirmə və psixoloji proflaktikaya daha çox yer ayırmalıyıq. Əgər bunu doğru formada həyata keçirə bilsək, həm sağlam ailə təməlinin formalaşmasına, həm də ailədaxili şiddətin azalmasına rəvac vermiş olarıq. Bir məqamı xüsusi olaraq qeyd edim, stress özlüyündə psixoloji faktordur və bir çox xəstəliklərin yaranmasında mühüm rol oynayır. Stress faktoru ÜST hesabatlarında ilk üçlükdə qərar tutur və qeyd olunur ki, stress nəticəsindəyaranan digər xəstəliklər çoxdur. Ailədaxili, yaxud da digər bir şiddətə məruz qalan qadın daim stress altında olduğundan onların xəstəliklərə tutulma ehtimalı da çox olur. Günümüzdə biz özümüzü nə qədər stressdən qoruya biləriksə, bir o qədər ki, psixoloji sağlamlığımızı təmin etmiş olarıq. Bütün ailələrə xoşbəxtlik arzu edirəm. Azrəbaycan qadını xoşbəxt olmağa layiqdir”.
|
Məişət zorakılığı və onunla necə mübarizə aparmalı?
Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqlarının bir qrupuna 28.06.2020 tarixində növbəti təlim tədris olunmuşdur.
Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqlarına 29.06.2020 tarixində növbəti təlim tədris olunmuşdur.