Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqlarının bir qrupuna 24.06.2020 tarixində ilk təlim tədris olunmuşdur.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadənin tədris etdiyi təlim “Valideyn və övlad arasında münasibətin formalaşması: Bağlanma nəzəriyyəsi” mövzusuna həsr olunmuşdur.
Nəzrin xanıma təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik!
Ek alanı