Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adı altında ixtisasartırma kursunun ötən gün, 19 iyun 2020-ci il tarixində dördüncü görüşü baş tutdu. Kurs çərçivəsində növbəti təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin əməkdaşı – kiçik elmi işçi, Narınc Psixologiya Mərkəzinin 9-cu mkr. filialının “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin müdiri Türkan Mikayıllının
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəyən edilməsi zamanı tətbiq olunan testlər və metodlar”, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin əməkdaşı, Narınc Psixologiya Mərkəzinin baş defektoloq-loqopedi Səbinə Nəsirovanın
“Daun sindiromlu uşaqlarda nitq inkişafı” və
Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma
üzrə prorektoru, Psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin “Təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olanların cəmiyyətə inteqrasiyasına kollektiv yanaşmasının təşkilində məktəb psixoloqlarının rolu” mövzusunda təqdimatları əsasında keçirilmişdir.
Ek alanı