Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün Superviziya Saatı keçirildi.

  • Home
  • Xəbərlər
  • Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün Superviziya Saatı keçirildi.
20200607120944

06.06.2020 tarixində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında könüllü qrupun üzvləri üçün superviziya saatı keçirilmişdir.

Öncədən verilən tapşırıq üzrə könüllülərin hər biri psixoloji məsləhət prosesi aparmış və superviziya saatında həmin seansların analizi olmuşdur.

Psixoloji Xidmətin etik qaydalarına uyğun olaraq praktik təcrübə üçün seans aparılan pasientlərdən səslərin qeydə alınması üçün öncədən icazə alınmışdır.

Nərmin Quliyeva həmin səsləri dinləmiş, seansın gedişatı ilə tanış olmuş və öz təklif və tövsiyələrini bildirmişdir.

Nərmin xanıma göstərdiyi təşəbbüs, zəngin bilik və təcrübəsini könüllü psixoloqlarla paylaşdığı üçün təşəkkürümüzü bildirir, könüllülərimizə uğurlar arzu edirik.

Ek alanı

Share to Odnoklassniki