Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün Psixoloji Məsləhət Kursu

  • Home
  • Xəbərlər
  • Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün Psixoloji Məsləhət Kursu
20200525193451

23.05.2020 tarixində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün Psixoloji Məsləhət kursu tədris olunmağa başladı. Zoom proqramı vasitəsilə online olaraq tədris olunan kursun ilk dərsində Nərmin xanım könüllülərə psixoloqa müraciət edən şəxsin ilkin dəyərləndirilməsi, psixoloq-pasiyent münasibətlərinin düzgün qurulmasından bəhs etdi, həmçinin könüllülərimizi maraqlandıran sualları cavablandırdı.

Nərmin Quliyevaya zəngin bilik və təcrübəsini Könüllü Fəaliyyət Qrupunun üzvləri ilə paylaşdığı üçün təşəkkürümüzü bildirir, gənc psixoloqlara uğurlar arzu edirik .

Share to Odnoklassniki