Koronavirus dünyada yeni nizamın yaranmasına səbəb oldu.

IMG_20200417_113943

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun milli.az-a verdiyi müsahibəni sizə təqdim edirik:

Koronavirus dünyada yeni nizamın yaranmasına səbəb oldu. Həyatın bütün müstəvilərində biz bu təsiri görürük. Düşünürəm hələ uzun müddət bəşəriyyət pandemiyadan irəli gələn yaşam şərtləri ilə yaşamalı olacaq.

Bunu Milli.Az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov söyləyib.

O bildirib ki, insan faktoru bütün baş verənlərin fövqündə dayanır: “Pandemiya, birinci növbədə, insanlararası münasibətə, eləcədə də insanın özünə, cəmiyyətə, dünyaya baxışında yeni düşüncə tərzinin formalaşmasına gətirib çıxardı. Proses mərhələli şəkildə getdiyindən biz bunu həyatımızda kəskin sıçrayış formasında görmədik. Ancaq ətrafımızda nələrinsə dəyişdiyinin şahidi olduq. Söhbət tək sosial izolyasiyadan, xüsusi karantin rejiminin tələblərinə əməl etməkdən getmir. İstənilən qayda, şəxslərarası münasibətdə yeni davranış modelinin, yeni düşüncənin yaranmasına gətirib çıxarır. Hər bir insan da baş verənləri özünün fərdi psixoloji xüsusiyyətlərindən, dünyagörüşündən çıxış edərək dəyərləndirir. Biz özümüz də dünyanın bir parçası, fərqli mədəniyyətə, dəyər sisteminə malik olduğumuzdan bizə də bu proses fərqli formada təsir göstərib. Pandemiya zamanı biz ailədaxili münasibətlərdə, həm də cəmiyyətdə insanlararası münasibətdə, dövlət-vətəndaş münasibətində,  eləcə də dövlətlərarası münasibətdə əvvəl görmədiyimiz, yaxud da görmək istəmədiyimiz yanaşmaları gördük. Şübhəsiz ki, baş verənlər hələ uzun müddət öz təsirini göstərəcək, beləliklə də bundan sonrakı həyatımız yeni yanaşmalar əsasında qurulacaq”

Psixoloq insanları koronavirusun stressindən qorunmaq üçün yalnış informasiyalardan uzaq qalmağa səsləyib.

“Bunun stressindən qurtulmaq üçün, birinci növbədə, pandemiyanın mövcud olduğunu qəbul etmək lazımdır. Fərqli, bir-birinə zidd fikir insanlarda qeyri-müəyyənliyin yaranmasına, dolayısı ilə stress halının daha da artmasına səbəb olur. Zatən bu gün narahatçılığın böyük bir qismi pandemiya ilə bağlı fərqli fikirlərin mövcud olması, nəticədə insanlar arasında bununla bağlı konkret fikrin formalaşmamasıdr. Ona görə də əsas diqqəti rəsmi qurumların verdiyi informasiya yönəltməliyik, yanlış informasiyalardan, mənbəyi bəlli olmayan xəbərlərdən özümüzü və yaxınlarımızı qorumalıyıq.

“Əslində, bu stress daha böyük miqyasda ola bilərdi. Sadəcə, xüsusi karantin rejiminin mərhələli şəkildə tətbiq olunması, kəskin stress vəziyyətinin yaranmamasına gətirib çıxardı. Şübhəsiz ki, bu, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin iradəsi ilə baş verdi. Dövlət başçısı cənab İlham Əliyevin hər bir vətəndaşın sağlamlağı və rihaf halını əsas tutması, bu istiqamətdə verdiyi qərarlar həm fiziki, həm də psixi sağlamlığımızın az zərər görməsi ilə nəticələndi. Eyni zamanda ayrı-ayrı dövlət və özəl qurumların, fərdi sahibkarın, ictimai insanların az təminatlı ailələrə göstərdiyi maddi və mənəvi dəstək kəskin stress halının yaranmamasına gətirib çıxardı.

İnsanların koronavirusa qarşı qeyri-ciddi yanaşmasına münasibət bildirən psixoloq söyləyib ki, biz bunu bütün insanlara şamil edə bilmərik:

“Bu, eyni zamanda, sırf koronavirusla bağlı məsələ deyil. Bir qism insanlar var ki, onlara qaydalara əməl etmək hər zaman çətin olub. Bir qism insanlar var ki, onlar çox zaman ətrafda baş verən hadisələrə şübhə ilə yanaşıblar və s. İnsanların hamısı eyni psixologiyaya malik olmadığından hadisələrə də fərqli müstəvidən yanaşırlar. Bütün hallarda biz koronavirusla mübarizə çərçivəsində tələb olunan qaydalara əməl etməli, özümüzü və yaxınlarımızı bu bəladan qorumağa çalışmalıyıq”.

Bəxtiyar Umarlı

Milli.Az

https://news.milli.az/society/849864.html

Share to Odnoklassniki