Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi anidən tətbiq edilmədi, bu proses mərhələli şəkildə həyata keçirildi.

  • Home
  • Xəbərlər
  • Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi anidən tətbiq edilmədi, bu proses mərhələli şəkildə həyata keçirildi.
IMG_20200417_113943

“Pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə təsirini göstərəcək”

Koronavirus pandemiyası səbəbilə evdə qalmaq və virusun yaratdığı qorxu getdikcə insanların psixoloji durumuna təsir göstərir. Bu səbəbdən vətəndaşlarda panik atak, depressiya, stres, müxtəlif fobiyalar müşahidə edilir.

Evə qapanmaq əsasən psixologiyası zəif insanlara daha çox təsir edir. Mütəxəssislərin fikrincə, bu vəziyyət bitdikdən sonra insanlarda müxtəlif psixi problemlər yarana bilər.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi anidən tətbiq edilmədi, bu proses mərhələli şəkildə həyata keçirildi.

Onun sözlərinə görə, karantin rejimi birdən tətbiq olunsaydı psixoloji fəsadları da böyük olardı:

“Bu baxımdan qabaqlayıcı tədbirlər görülərkən bunun göstərə biləcəyi psixoloji təsir də nəzərə alınmışdı. Digər tərəfdən xüsusi karantin rejimi demək olar ki, əksər ölkələrdə tətbiq olundu. Bir çox dövlətlərdə isə bununla bağlı fövqəlada vəziyyət elan olundu. Görülən qabaqlayıcı tədbirlər Azərbaycan daxil bütün ölkələrə müsbət təsirini göstərir.

Xüsusi karantin rejimi pandemiya ilə bağlı tətbiq olunub. Məqsəd insanları təhlükəli virusdan qorumaqdır. Müsbət nəticəni də virusa yoluxanların sayının azalmasında görə bilirik”.

Karantin rejiminin insanların psixoloji durumuna təsirinə gəlincə E.Rüstəmov bildirdi ki, pandemiya psixoloji təsirini göstərir, bundan sonra da göstərəcək:

“Sadəcə bunun təsiri insandan insana, ailədən ailəyə, dövlətdən dövlətə fərqli formalarda olacaq. Nəzərə almaq lazımdır ki, insan psixologiyası həm də individualdı. Hər insanda ortaq psixoloji cəhətlərlə bərabər fərqli xüsusiyyətlər var. Ona görə psixoloji təsir konkret istiqamətdə olmayacaq. Bununla bərabər pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə öz təsirini göstərəcək”.

Psixoloq qeyd edib ki, koronavirusa dair ən problemli məqam  xəstəliyin etimologiyası, gedişatla bağlı konkret fikrin olmaması, dolayısı ilə qeyri-müəyyən vəziyyətin hökm sürməsidir:

“Nəzərə almaq lazımdır ki, insan psixologiyasına ən çox mənfi təsir göstərən məqam qeyri-müəyyən vəziyyətdir. Pandemiyanın nə zaman sona çatacağı, normal həyatın nə vaxt qaydaya düşəcəyi ilə bağlı konkret fikrin olmaması, digər tərəfdən bununla bağlı bir çox fərziyələrin irəli sürülməsi də insanlarda psixoloji gərginlik yaradır. Bugün internet üzərindən kifayət qədər təhrif edilmiş, həqiqəti əks etdirməyən müxtəlif video materiallar tirajlanır ki, bu da insanardakı qeyri-müəyyənliyi daha da dərinləşdirir. Ona görə də maksimal dərəcədə informasiya təhlükəsizliyimizi qorumalıyıq. Çünki, hazırkı məqamda psixoloji gərginliyin bir səbəbi də insanın ifrat informasiya ilə yüklənməyidir”.

E.Rüstəmov pandemiyanın fərdi psixoloji təsirləri ilə bağlı məqama da toxunub:

“Ailənin uzun müddət rejim şəraitində bir yerdə qalması yeni ailədaxili münasibətlərin yaranmasına səbəb olacaq. Artıq 1 aydan çoxdur ki, xüsusi karantin rejimi davam edir. İnsanların böyük bir qismi demək olar ki, günün böyük hissəsini evdə keçirirlər. Bu da öz növbəsində ailəni təşkil edən fərdlərin hər birinin psixoloji durumuna təsir göstərəcək. Psixoloji gərginlik fonunda psixoloji pozuntuların yaranmasına rəvac verəcək. Təşviş-həyəcan, panik atak, depressiya, obsessiv-kompulsiv pozuntu, yuxu, qida  və bu kimi psixoloji pozuntuların artmasına rəvac verə bilər. Eyni zamanda uşaqlarda müxtəlif psixoloji problemlərin artacağını da (davranış, ünsiyyət və s.) qeyd etmək olar. Bundan sığortalanmaq üçün görəcəyimiz iş xüsusi karantin rejiminin tələblərinə əməl etmək, evdə olduğumuz müddətdən səmərəli istifadə etməkdir. Əgər bunu edə biləriksə, istər indi, istərsə də postpandemiya dövründə özümüzü psixoloji pozuntulardan sığortalaya bilərik. Nəzərə almaq lazımdır ki, postpandemiya dövründə post travmatik stress pozuntusu da artacaq. Insanlar hələ uzun müddət virus qorxusu ilə yaşayaq, təkrar virusun ola biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər yaşaya bilərlər. Bizi bu bəladan milli birlik, milli həmrəylik xilas edəcək. Cənab Prezindentin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük”.

Share to Odnoklassniki