Həyatda qalmaq biz insanların ən təməl motivasiyasıdır. Hər hansı təhlükə qarşısında özümüzü qorumağa və həyatda qalmağa çalışmağa proqramlanmış canlılarıq.
Varlığımızı,sağlığımızı və bütünlüyümüzü təhlükə altına atan hər cür xarici təsir bizim üçün stress qaynağıdır.Xəstəlik və həyatı risklər isə bizdə qorxu yaradır.Bu hal isə narahatlıq halının artmasına,panik vəziyyətin yaranmasına gətirib çıxardır.Yoluxucu xəstəliklər isə ən böyük stressorlardan biridir və insan psixologiyasına ciddi təsirlərini göstərir.
Son zamanlarda bütün dünyanı öz cənginə alan koronavirus pandemiyasının psixoloji təsirləri də gün keçdikcə artmaqdadır.İlk öncə fiizoloji simptomlar və təsirlərdən danışılarkən,daha sonra sosial izolyasının vacibliyinin vurğulanması ,sosial həyatımızdakı dəyişikliklər,həyatımız üçün ölümcül qorxu yaradan bu təhlükənin varlığı insanlara psixoloji olaraq da mənfi təsirini göstərməyə başladı.
İlk əvvəl danışılan sosial izolyasiya qavramından sonra karantina qavramının ortaya çıxması,bir çox ölkələrdə,eləcə də Azərbaycanda çölə çıxmaq qadağasının qoyulması bu təhlükənin ciddiyətini ortaya qoyaraq narahatçılığı daha da artırmış oldu.Bəs bu narahatçılıqlardan özümüzü necə qoruya bilərik?
Mənfi psixoloji təsiri azaltmağımız üçün nələr etməliyik:
Bu cür hallarda stressi artıran ən böyük faktor qeyri-müəyyənlik halıdır.Hər kəsin ağlında “görəsən bir neçə gün sonra nə olacaq?”, “virus mənə də keçərmi?” ,“virusun mənə keçməməsi üçün nələr etməliyəm?” və s. kimi suallar narahatlığı daha da artırmaqdadır.Buna görə də mövzu ilə bağlı mütəxəssislərin açıqlamalarını diqqətə almalısınız.
Həyatımızda müəyyən dəyişikliklər etmək məcburiyyətində qaldığımız zaman rutinimizi qorumağa çalışmaq,ya da özümüz üçün yeni rutin qayadalar yaratmaq məqsədəuyğun olacaqdır.
Uşaqları məlumatlandıraraq rahatlatmaq-bəzi uşaqlar niyə evdə qaldığımızı başa düşə bildiyi halda,bəziləri isə yaşları ilə əlaqədar olaraq bu qeyri-müəyyənliyi başa düşə bilməzlər və ya çox narahat olduqları üçün sakitləşməkdə çətinlik çəkə bilərlər.Burada validyenlərin edə biləcəyi ən vacib davranış hər yaşda uşağın başa düşə biləcəyi dildə bu vəziyyəti izah etmək üçün onları məlumatlandırmaqdır.Beləcə xəstəliyə qarşı onların necə qorunmalı olduğunu izah etmiş olarsınız.
Uşaqların yanında etdiyiniz söhbətlərə diqqət etməlisiniz.Sizin narahatçılığınızı və qorxduğunuzu hiss etdikləri anda onların da qorxusu artmış olacaqdır.
Televiziya və sosial media xəbərlərini məhdudlaşdırmalısınız.Məlumatsızlıq qədər səhv məlumat almaq da insanda yüksək dərəcədə təşvişə səbəb ola bilir.Qəbul etdiyiniz səhv insormasiyalar ağlınızda fəlakət ssenarilərinin yaranmasına və anksiyetenizi artırmağınıza zəmin yaradacaqdır.
Koronavirus səbəbi ilə yarana biləcək bir digər psixoloji narahatlıq isə depressiyadır.İnsanın özünü evə həbs etməsi və ya rutin fəaliyyətlərdən uzaq qalması halında depressif ruh halında olaması normaldır.Bunun üçün isə çalışmaq lazımdır ki,ev şəraitində sizə zövq verə biləcək fəaliyyətərlə məşğul olasınız.Ailənizlə birlikdə daha səmərəli vaxt keçirə bilərsiniz.
Anksiyete pozuntusu,panik atak,isterik şəxsiyyət tipi olan insanlarda bu təşviş halı öz şiddətliliyini artırmış ola bilər.Bu hallarda isə “Psixoloqa” müraciət etməyiniz və professional dəstək almağınız məsləhət görülür.
Bu zamanı ən qısa zaman daxilində “EVDƏ QALARAQ” sağlam formada keçirərək,həyatımızın,sərbəstliyimizin iplərini əlimizə almaq diləyi ilə sevgilərimlə…
Gülər ZamanKlinik psixoloq,Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi