Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi Nuranə Salmanlı #evdəqal sosial çağırışına dəstək məqsədilə #evdəqal “Xoşbəxtlik Təqvimi” tərtib etdi.
Belə ki, bütün dünyanı narahat edən koronavirus (COVİD – 19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən profilaktik tədbirlər çərçivəsində ölkədə elan olunan xüsusi karantin rejimində insanların evdə nələrlə məşğul ola biləcəyini, hansı məşğuliyyətlərin onları xoşbəxt edə biləcəyini “Xoşbəxtlik Təqvimi” adı altında qruplaşdırdı.
Həmin #evdəqal “Xoşbəxtlik Təqvimi”-ni sizə təqdim edirik:
1. Telefonu bir müddət kənara qoy;
2. Ailənə zaman ayır;
3. Yeni bir yemək resepti sına;
4. Özünü tanı;
5. Şükürlərini yaz;
6. Sevdiyin kitabları oxu;
7. Özünə film siyahısı hazırla;
8. Sənə ilham verən video-çarxlara bax;
9. Evdəki bitkilərinə zaman ayır;
10. İstifadə etmədiyin əşyalarını ayır;
11. Meditasiya et;
12. İdmanla məşğul ol…
Sən də bu təqvimlə #evdəqal
Bu siyahıya öz sevdiyiniz məşğuliyyətlərinizi də əlavə edə bilərsiniz.