Dəyərli izləyicilərimiz, dünyada geniş yayılmış koronavirus (COVİD – 19) pandemiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkədə xüsusi karantin rejimi elan olunduğu məlumunuzdur.
Koronavirus pandemiyasının təsir dairəsi günbəgün artmaqla fizioloji problemlərlə yanaşı, insanlarda müxtəlif psixoloji narahatlıqların da yaranmasına səbəb olur.
İnsanlara peşəkar psixoloji yardım göstərməyi qarşısına məqsəd qoymuş Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi öz peşəkar mütəxəssis heyyəti ilə ONLİNE KONSULTASİYA xidmətini sizə təqdim edir.
Yaşadığınız vəziyyətin psixoloji təsirlərinin öhdəsindən gələ bilmədiyinizi düşünürsünüzsə, peşəkar mütəxəssislərdən psixoloji dəstək alın.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 055 257 27 00
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi – Narahatlığınıza peşəkar yanaşma!