“Qərar vermə çətinliyi”

78308463_592531441514360_1915293713068720128_o

Qərar vermə çətinliyi qəbul edilən qərardan sonra qarşılaşacağınız vəziyyətlərin təsir ilə bağlıdır. Gün ərzində böyük və ya kiçik çoxlu qərar veririk. Nə geyinəcəyimiz, nə içəcəyimiz, nə vaxt oyanacağımız və b. Bu qərarları daha tez-tez aldığımız üçün daha asan görünsə də, bəzi qərarları almaq olduqca çətin ola bilər. Qərar vermə vəziyyətləri həyatımız üzərində təsirimizi bizə xatırladan vəziyyətlərdir. Aldığımız qərarın həyatımıza necə təsir edəcəyi ilə bağlı fərziyyələr edirik.
Bu qiymətləndirmələr nəticəsində bizə müsbət təsir edəcəyinə inandığımız qərarlar qəbul edirik. Ancaq bəzi vəziyyətlər həyatımız üzərində diqqət çəkəcək dəyişikliklərə səbəb olacağı, sadəcə bizi deyil ətrafımızdakı insanlara təsir edəcəyi üçün qərar qəbul etmə bir qədər daha çətin ola bilir. Boşanma, köçmə, iş dəyişdirmə və b. Duyğularımız, xatirələr, önyargılarımız qərar qəbul etmə prosesinə təsir edir.
Bu prosesdə ən yaxşı qərar qəbul etmə səyi qərar vermə prosesini çətinləşdirən, psixologiyamıza təsir edən ən vacib amillərdəndir. Qərar vermə mərhələsinə gəldiyimiz zaman təsirli strategiyalar hansılardır?
- İki alternativ arasından edilən seçimlərin nəticəsində bəzi imkanları qaçırmaq və bəzi mənfiliklərlə mübarizə aparmaq lazım gələ bilər. Hər baxımdan mükəmməl bir qərar almaq səyi əvəzinə hansı çətinliklərin öhdəsindən gələ biləcəyimizi, hansı mənfiliklərə davam gətirə biləcəyimizi anlamaq vəziyyəti daha diqqətə çarpan hala salar və qərarlı olmağımızı təmin edər.
Uzun uzun düşünsəniz yaxşı bir qərar ala bilərsiniz yanaşması yalnışdır. Qərarlar alarkən düşünmək təbii ki vacibdir. Ancaq prosesin həddindən çox olması, beyninizin qarışmasına səbəb olacağı kimi hisslərinizdən faydalanmağınızı da çətinləşdirəcəkdir.
Qəbul etdiyiniz qərarların nəticələri gözlədiyiniz kimi olmaya bilər. Bu nəticələrə təsir edən sizin xaricinizdəki faktorların olduğunu unutmayın; Digər insanlar, şərtlər və b ..
Mənfi bir halla qarşılaşmamaq üçün qərar qəbul etmənin təxirə salınması problemin olduğundan böyük qavranılmasına səbəb ola bilər. Problem şəxsin gözündə böyüdükcə də, aydınlaşma çətinləşir.
Qərar qəbul edərkən yaxınlarınızın təsdqini almaq qərar vermə prosesini çətinləşdirir. Hər bir şəxs vəziyyəti öz subyektiv təcrübələrinə əsaslanaraq şərh edəcəyi üçün, hər kəsin təsdiqlədiyi bir qərar formalaşdırmaq çətindir.
- Öz təcrübələriniz üzərində düşünmək və öz fərdi xüsusiyyətlərinizin fərqinə varmaq qərar vermə prosesini asanlaşdırır. Xüsusilə ən yaxşı qərarı almaq və problemsiz bir həll tapmaq axtarışında olan insanlarda proses uzandıqca narahatlıq , qayğı ilə bərabər beyin qarışıqlığı arttması ilə yanaşı insan heç bir şey edə bilməz hala gəlir. Bəs psixoterapiya bu nöqtədə nəyə kömək edir? Qərar vermə prosesində psixoterapiya da şəxsin qərar verməsini çətinləşdirən fərdi xüsusiyyətləri üzərində çalışılır. İnsanın məsuliyyət qavramı, gözləntiləri, duyğu idarəsi kimi mövzular üzərində dayanılır.

Müəllif: Uzman psixoloq Zehra Erol
Tərcümə: Aysel Əliyeva – Bakı Dövlət Universiteti, Psixologiya, Sabah qrupu, lll kurs tələbəsi.
ll Könüllü Fəaliyyət Qrupunun üzvü

Share to Odnoklassniki