22.10.2019 tarixində başlayan, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis, həkim-psixoterapevt Aydan Xasməmmədzadənin təqdimatında 15 saat müddətində 5 modul üzrə tədris olunan ÜMUMİ PSİXOLOGİYA KURSU 19.11.2019 tarixində başa çatdı.
Kursda iştirak edən hər kəsə SERTİFİKAT təqdim edildi.
Aydan xanımla birlikdə, xoş təəssüratlar, müsbət rəylər aldığımız daha bir uğurlu kursu geridə qoyduq.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, Aydan xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti kurslarda görüşmək diləyilə uğurlar arzu edirik
ÜMUMİ PSİXOLOGİYA KURSU
Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.
lll Könüllü Fəaliyyət Qrupumuzun üzvləri üçün təşkil olunmuş Psixoloji Təkmilləşmə Kursunun növbəti dərsi “Psixosomatika və psixosomatik xəstəliklər” mövzusuna həsr olundu.