Dəyərli izləyicilərimiz, “Sağlamlıq imkanları məhdud ( autizm) uşaqların sosial və psixoloji reabilitasiyası” layihəsi çərçivəsində həyata keçirilən seanslar davam edir.
Daha öncə də məlumat verdiyimiz kimi, Psixologiya Elmi-Tədqiqat İnstitutu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi “Sağlamlıq imkanları məhdud ( autizm) uşaqların sosial və psixoloji reabilitasiyası” tenderində qalib olmuşdur.
Layihə çərçivəsində institutumuzda autizm sindromlu uşaqların özünəinam, özünümüdafiə, özünütəsdiq xüsusiyyətlərini inkişaf etdirmək və onların psixo-sosial reabilitasiyasını təmin etmək məqsədilə fərdi seanslar həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaqlarla seanslar həyata keçirmək üçün institutumuzda xüsusi işçi qrup yaradılmışdır. Layihənin həyata keçirilməsində iştirak edən mütəxəssislərimizə təşəkkürümüzü bildirir, balaca balalara sağlamlıq arzu edirik.