Ailə psixologiyası II dünya mühribəsindən sonra sürətlə yayılmağa başladı. Ailə dinamikləri haqqında ilk çalışan Z. Freud olmuşdur, lakin ilk dəfə ayrıntılı incələyən Alfred Adler olmuşdur.
Ailələr qarmaşıq sistemlərdir. Ailədəki hər fərd öz perspektivindən dünyaya baxar. Bu baxış bucağı ailədəki həyacanı tarazda saxlamağa kömək edir. Həyacan, aid olma ilə azadlıq arasındadır.
Psixoloqlar, bütün insan davranışlarına istər şüurlu, istərsədə şüursuz olsun insanın ehtiyaclarının səbəb olduğunu irəli sürürlər. Ehtiyac bir əksikliyin hiss edilməsi, orqanizimdə fizioloji tarazlığin pozulmasının göstərilməsidir.
Ehtiyaclar əsasən iki yerə bölünür. Həyatımızın ilk illərində fizioloji ehtiyaclarımız əsaskən, sonrakı illərdə bunların yerini psixoloji ehtiyaclar alır. İnsan sağlamlığı və xoşbəxtliyi üçün bu ehtiyaclardan doyuma çatmalıdır. Ehtiyacları doyuma çatdırmanın ən təbii yolu , AİLƏDİR.
Ailənin əsasda üç ehtiyacının qarşılanması çox vacibdir. Bunlar səmimilik(intimacy), güc (power), məna (meanining). İsanların başqaları ilə birlikdə omağa ehtiyacı vardır, eyni zamanda özlərini ifadə etməyə və tək olmağada ehtiyacarı vardır. Bütün bunlar insanın həyatının bir mənası olmağına kömək edir. Bir çox insan üçün səmimiyyət hetroseksual münasibətləri, güc iş həyatını, məna uşaq sahibi olmaq mənasındadır. Ancaq ailənin bu üç məqsədin qarşilanmasının məcburi olduğu deyilməsədə ailə olmadan bu ehtiyacları doyuma çatdırmaq nadir hallarda mümkün olur.
Ailə sistemində əsas olanın bəziləri aşağıdakılardır.
1.Dəyərli olma duyğusu. Mən dəyərliyəm duyğusunu ailə içində hiss edən bir şəxs özünü təstiq etməyə çox ehtiyac duymaz. Ailənin bizə olan münasibəti mən dəyərliyəm ya da dəyərsizəm duyğusuna aparar.
2.Güvən duyğusu. Güvənli bir mühit yaratmazsaq ailə üzvləri daha güvəndə hiss edecəkləri baçşqa mühitə yönələrlər.
3. Yaxınlıq və mübarizə duyğusu. Ailə üzvlərinin bir-biri ilə yaxın və güvən duyğusu içində olması, ən ehtiyac olanlardan biridir. Əgər ailə içində qarşılıqlı güvən və mübarizə duyğusu varsa həmin ailə üzüvlərinin kənardan gələn stress yaradan hadisələr onlara çoxda tesir etməz. Mübariz bir ailədən olan insanlar, kənardakı insanlara qarşıda güvən hissi ilə yaxınlaşarlar və hər bir iş üzərində mübarizə aparmağa çalışarlar.Lakin güvənsiz ailələrdə yaşayan insanlar isə özləridə daxil olmaqla heç kimsəyə güvənməzlər və mübarizə aparmazlar.
4.Məsuliyyət hissi. Ailə içində yaradılmalı olan məsuliyyət hissi ailə üzüvlərinin əsas etmələri gərrəkən işlərdəndir. Ailə içində sadəcə ana,ata deyil hər kəs öz məsuliyyətini bilməli və ona görə davranmalıdır . Əgər ailədə bütün məsuliyyəti valideyin öz üzərinə götürərsə o uşaq gələcəkdə qarşılaşacağı bütün problemlərdə özlərini deyil başqalarını günahlandırarlar.
5.Çətinliklərə qarşı mübarizə aparmaq və onların öhtəsindən gəlmək. Uşaqlara hər şey hazır verilməməlidir onlar əldə etmək istədikləri bir şey üzərində mübarizə aparmalıdırlar.Rastlaşdığı hər çətinlikdə, böyüklər tərəfindən kömək alan uşaq, gələcəkdə böyük bir insan olduğu zamanlarda da rastlaşacağı çətinliklərdə başqalarından kömək gözləyəcək bir şəxsə cevrilirlər.
6. Xoşbəxtlik və özünü inkişaf etdirmə mühiti. Ailə şəraiti bir xoşbəxtlik şəraiti olmalıdır. Xoşbəxt ailə şəraitində yetişən insanlar qarşılaşdıqları neqativ hadisədən də yaxşı bir yön tapa bilirlər. Və.s
Nərmin Vəliyeva
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu