PATALOJİ BAĞLILIQLAR. ”KİNESTETİKSİZMİ?”

dependent

Hər bir insan ünsiyyət prosesində yeni insanlar tanıya bilər. İş gərəyi və yaxud fəaliyyət prosesində ünsiyyətlər qura bilər. İnsan ünsiyyət prosesində həm özünü həm də ətrafındakı insanları tanıyır. Bu tanışlıqların onun həyatı üçün müsbət və mənfi tərəfləri ola bilər. Xarakter olaraq ünsiyyət zamanı insanlarda ünsiyyət qurduğu insanlara qarşı bir görünməz bağlar qurulur. Bağlandığı əşyalardan ,insanlardan qopa bilməyən hətta geyim mağazalarını belə dəyişməyə çətinlik çəkən insanlara psixologiyada “kinestetik” (sadiq, bağlı anlamına gəlir) insanlar deyilir. Bu tip insanlar ən çox sevgi münasibətlərində böyük problem yaşayırlar. Qarşı tərəfin etdiyi bütün mənfi xüsusiyyətləri gördüyü halda onlara ayrılmaq və münasibət bitirmək çox çətin olur. Uzun müddət bağlandıqları insanlardan ayrılarkən sancılı bir dönəm yaşayırlar. Hətta ən çox depressiyaya düşən insanları araşdırarkən onların çoxunun kinestetik olduğunu görürük. Bu tip insanları bəzən belə bir deyimlədə mən tanımlayıram . “ İlbiz kimi yapışıb qopması onun ölümünə səbəb olur. İlbiz bədəndəki bütün çirkli qanı sovurub sonra özü ölür”. Ona görə bu tip insanları o çətin dönəmlərində tək buraxmamaq dəstək olmaq çox önəmlidir. Bəzən insan bütün olanları bağışlayacaq özündə güc tapmalıdır. Axı biz insanıq səhvsizdə insan yoxdur. Burada ən çətini insanın özü-özünü bağışlamasıdır. Özünüzü bağışlayın və düşünün ki, siz hər şeyin ən gözəlinə layiqsiz. Gedən getsin sizi itirən üzülsün çünki siz daha yaxşılarına layiqsiz.

Lalə Əhmədova

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

 

Share to Odnoklassniki