Günə NANƏ ilə başlayın, beyninizin “EDƏCƏYƏM!” dediyini eşidəcəksiniz

  • Home
  • NLP
  • Günə NANƏ ilə başlayın, beyninizin “EDƏCƏYƏM!” dediyini eşidəcəksiniz
getImage

Nanənin qoxusu bir “patrul” kimidir və o beyninizə “qalx və işinə diqqət et!” əmrini verir. Araşdırmalara görə, bu qoxunun olduğu yerlərdə işləyən işçilər, darıxdırıcı, amma görülməsi vacib olan işlərin öhdəsindən asanlıqla gəlirlər

Zehninizin tənbəlləşdiyini hiss etdiyiniz zaman, nanəli saqqız çeynəmək, nanəli bir konfet yemək, ya da nanə qoxusunu içinizə çəkmək sizə fayda verəcəkdir. Beləcə siz, beyninizin “EDƏCƏYƏM!” dediyini eşidə bilərsiniz. Nanə qoxulu yerlərdə vasvasılıq tələb edən işlərdə işləyən insanların daha yaxşı performans göstərdikləri elmi olaraq da sübut edilmişdir. Təcrübədə iştirak edən könüllülər arasında nanə qoxulu yerlərdə işləyənlərin, qoxusuz yerlərdə işləyənlərə nisbətən, daha az qramatik səhv etdikləri, redaktə işlərini daha tez həyata keçirdikləri müşahidə olunmuşdur.

Qoxuların – müalicə məqsədi ilə, işə və hadisələrə olan diqqəti artırmaq , zehini dincəltmək və ya arıqlamağa kömək etməsi üçün istifadə edilməsi, aromaterapiyanın tətbiqi deməkdir. Aromaterapiya, ya gözəl ətirlərin ciyərlərə çəkilməsi ya da dəriyə sürtülməsi kimi tətbiq olunur.

Yaxın zamanlara qədər aromaterapiyanın faydalarını o qədər də önəm verilmirdi, ancaq elmi tədqiqatlar nəticəsində, artıq aromaterapiyanın psixoloji və fiziki sağlamlıq üçün həqiqətən faydalı olması sübut olunmuşdur.

Babək Bayramov

NLP Master, Fərdi İnkişaf Ustadı, Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

Share to Odnoklassniki