MƏKTƏB YAŞINA ÇATMAMIŞ UŞAQLARIN PSİXİ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ” təlimi

  • Home
  • Xəbərlər
  • MƏKTƏB YAŞINA ÇATMAMIŞ UŞAQLARIN PSİXİ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ” təlimi
56232922_424590531641786_965889650394660864_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsi sizi “MƏKTƏB YAŞINA ÇATMAMIŞ UŞAQLARIN PSİXİ İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ” mövzusunda NƏZƏRİ və PRAKTİKİ TƏLİM-ə dəvət edir.
Təlimin nəzəri hissəsi İnkişaf və Yaş Psixologiyası şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və Pedaqoji Psixologiya kafedrasının dosenti Edison Quliyevin, praktiki hissəsi isə Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında baş tutacaq.
Təlim qeyd olunan mövzuları əhatə edəcəkdir:
Uşaqlarda yaş dövrlərinə uyğun aparıcı fəaliyyət növlərinin psixopedaqoji xarakteristikası;
Nitq fəaliyyətinin, onun forma və funksiyalarının psixoloji xüsusiyyətləri;
Uşaq şəxsiyyətinin təşəkkül və inkişafının psixogenetik problemləri;
Uşaqlarda psixi-nitq inkişaf geriliyi və onun korreksiya metodları.

Təlimin keçiriləcəyi məkan:
Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38).

Təlimin keçiriləcəyi tarix:
14.04.2019 , saat 11:00 – 17:00

Təlimdə iştirak ödənişlidir.
ÖDƏNİŞ: 25 AZN
Tələbələr üçün xüsusi güzəştlə ( tələbə biletini təqdim etmək mütləqdir) – 20 AZN

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!
Direct yazın, qeydiyyat linkini göndərək.

BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( what’s app da aktivdir).

Share to Odnoklassniki