28.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva Xəzər Universitetinin Psixologiya Departamentinin dəvətilə həmin departamentin 1-ci və 2-ci kurs tələbələrinə qonaq müəllim qismində “Koqnitiv İnkişaf” mövzusunu tədris etmişdir.
Tələbələrin də aktivliyilə keçən dərs sual-cavab, qarşılıqlı diskussiya şəklində davam etmişdir.
Dəvət üçün Xəzər Universitetinin Psixologiya Departamentinə, uğurlu keçən dərs üçün Nərmin xanım Quliyevaya təşəkkürümüzü bildirir, tələbələrə uğurlar arzu edirik.
“Koqnitiv İnkişaf”
“Abituriyentlərin imtahana psixoloji hazırlığı” təlimi
“HƏYƏCANIN ARADAN QALDIRILMA TEXNİKALARI” təlimi