Qadın hər yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə sədaqət istəyir.
Və bu zərif məxluq haradasa duyğulardan ibarət yaradıldığı üçün nə alçaldılmağa , nə də incidilməyə razı olar.Bir cüt göz xatirinə min çiləyə sinə gərsə də , bir cüt sözün acısı ilə günlərlə göz yaşı tökə bilər.
Qadın xatırlanmaq istəyər.Həyat yoldaşından aldığı qönçə bir gül də olsa, ən çox istədiyi şey onun gözlərindəki sevgi olar. Qadın , gözəlliyinin dilə gətirilməsini istəyər. Dünya gözəli olmadığını bilər, ancaq dünya gözəli kimi diqqət , qayğı gözləyər.İltifatlardan xoşlanar, ən kişik dəyişikliklərin belə hiss olunmasını sevər, sevgini sevər , sevməkdən bezməz.Və inanın , istədiyi sevgini tapsa , bir qadın , bir anda mələyə , xeyirxahlıq pərisinə , ya da insanüstü bir varlığa çevrilər.
Ancaq könlündəki sevgini əks etdirəcəyi bir könül tapmasa, qabiliyyətləri korlaşar, gözəl üzü solar, qol -qanadı qırıq , yolunu itirmiş, bir quşa çevrilər. Xanımı ilə gözəl davranan, onun sevgisinə bir dəstə nərgiz çiçəyi ilə sahib olan kişilərin nə qədər sərfəli bir alış-veriş etdiyini gördünüzmü? Səadət uzaqda deyil. Yetər ki , biz ona sahib olmaq istəyək.
Sevda Xəlilova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu