26.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsi anıldı. Xocalı faciəsinə həsr olunmuş tədbirdə Xocalıda həlak olmuş həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, daha sonra institutun rəhbəri Elnur Rüstəmov çıxış edərək Xocalı soyqırımında ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən söz açdı və baş vermiş faciədə həlak olan həmvətənlərimizə rəhmət, xalqımıza başsağlığı dilədi. Daha sonra Xocalı hadisələrinin lentə alındığı video-rolik izlənildi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Xocalıda həlak olmuş həmvətənlərimizə rəhmət, xalqımıza başsağlığı diləyirik.